KANAL24.AZ
Az Iw En Ru

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Bakıya gələcək

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini və Mədənlərin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasian sentyabrın 16-da Bakıya səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, M.Kərbasian səfər zamanı Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Onun sözlərinə görə, görüşlərdə Azərbaycan və İran arasında sənaye və mədənlər sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.


19:30 12.09.2015
Xəbər lenti
Bütün xəbərlər