KANAL24.AZ
Az Iw En Ru

Bakının göbəyində YAŞIL SOYQIRIM... yerinə ağac əkildi... NƏ OLSUN Kİ? - QIRILAN AĞACLARIN BƏDƏLİ BU DEYİL AXI?

Aprelin 23-də ADA Universitetində "COP29 vəAzərbaycan üçün Yaşıl Baxış"
mövzusundabeynəlxalq forum keçirildi. Hər bir beynəlxalqtədbir əhatə etdiyi mövzu ilə yanaşı,
keçirildiyiməkan baxımından xüsusi diqqət çəkir.
Bu gün Azərbaycana beynəlxalq baxışın hansı səviyyədəolduğu reallıqlarımızdan daha
aydın görünür. Ölkəmiz beynəlxalq münasibətlər sistemindəmövqeyini daha da
möhkəmləndirir. Təbii ki, buuğura əsas verən amil ölkələr arasında əlaqələrininkişafında
mühüm faktor olan etimad mühitininqorunması və inkişaf etdirilməsidir. Dövlət başçısıİlham
Əliyev sözügedən forumdakı çıxışındaölkəmizin uğurlarının səbəblərindən danışarkənbu
məqamları xüsusi qeyd etdi. Bildirdi ki, biz heçvaxt Azərbaycan üçün potensial təhlükə
yaradabiləcək heç bir işə qoşulmamışıq. Hər zaman İran, Rusiya, Gürcüstan və Avropa,
həmçinin Türkiyədəqardaşlarımız ilə münasibətlərimizdə ədalətliolmuşuq. Uğurumuzun
səbəbi bundadır. Əsasçıxış yolu və üsul ədalətli və səmimi olmaqdır. Qonşularla yaxşı və bəzi
hallarda əlamünasibətlər qura bilmişik: "Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır.
Çünki onlarbizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizimtərəfdən sürprizlər olmayacaq.
Dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyiəsas məsələlərdən biri regional
təhlükəsizliyintəmin edilməsi oldu. Ölkə Prezidentinin hər bir çıxışında Azərbaycanın tarixi
Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinə xüsusi diqqət yönəldilir.
Azərbaycan regionda dayanıqlısülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla
münasibətlərində yeni səhifəninaçılması üçün bu addımı atdı və reallığaçevrilməsi üçün
üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Cənab İlhamƏliyev hazırkı
dövrdə sülh müqaviləsininimzalanmasına yaxın olduğumuzu əsaslı şəkildədiqqətə çatdırdı.
Bu reallıq da qeyd edildi ki, bizişğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz
baza prinsipləri üzərində belərazılığa gələ bilmirdik. İndi sülh sazişinin necəolması ilə bağlı
ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, həriki tərəfə vaxt
lazımdır. Dövlət başçısı növbətizəfərimiz olan Qazaxın dörd kəndinin geriqaytarılmasına da
diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dördkənd
məsələsini qaldırdıq. Əslində, həminkəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar
məsələsi başqadır, çünki o, dahamürəkkəbdir. Həmin eksklavlar digər ölkəninəhatəsində olan
ərazidə yerləşir. Ona görə onlardelimitasiya prosesində həll olunmalıdır.
Forumun mövzusundan da göründüyü kimi, yaşıl enerji keçidi prioritet məsələmizdir.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə
həmrəylik ili" elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi belə bir
reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq
əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. "Yaşıl dünyanaminə həmrəylik ili"
Azərbaycanın iqlimdəyişikliyinə qarşı qlobal mübarizədə töhfələriniartırmaq məqsədi daşıyır.
Dövlət başçısı İlhamƏliyev forumdakı çıxışında "Biz iqtisadiyyatımızışaxələndiririk" söyləyərək
onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzunyarıdan az hissəsini
təşkil edir. Lakin ixracımızıntəxminən 95 faizi neft və qazla bağlıdır. Hazırdaəsas
məqsədlərimizdən biri ixracımızışaxələndirməkdir. Dayanıqlı inkişaf və enerjiamillərinə
gəldikdə isə, bildirildi ki, iqtisadigöstəricilərimiz və sosial proqramlarımız bunuaydın şəkildə
göstərir. Neft və qaz gəlirləri işsizlikvə yoxsulluq məsələlərinin həlli üçün istifadəedilib. Onlar
bərabər şəkildə bölüşdürülür. Enerjiəməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımızzaman
Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi.
Qaçqınlararasında isə bu göstərici 75 faizdən çox idi. İndiisə biz bunu 5 faiz səviyyəsinə
qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir.
Sosial-iqtisadi inkişafımızın yüksəkgöstəricilərlə ifadə edilməsi ölkəmiziniqtisadiyyatını
düzgün əsaslar üzərindəqurduğunu təsdiqləyir. Azərbaycan neft və qazla zəngin ölkə
olmasına baxmayaraq yaşıl enerjiyə keçidi prioritet məsələ kimi öndə saxlayır. COP29 bir
daha Azərbaycanın bu sahədə imkanlarınıdünyaya təqdim edəcək. Cənab İlham Əliyevbildirdi
ki, COP29-a sədrliyimizə nəinki özümüzünümayiş etdirmək, həm də ölkəni təqdim
etməkfürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz bunahəm də ən təxirəsalınmaz məsələlərin
həllinəqlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. O da qeyd edildi ki, COP29 üç Cənubi

Qafqaz ölkəsiarasında ən azı məsləhətləşmələri aparmaq üçünfürsət yaradacaq və gələcək
əməkdaşlıq üçün yolaçacaq. Hazırda unikal şans yaranıb. Biz bundanməhrum olmuşduq.
SSRİ süqut etdiyi zaman sülhşəraitində öz müstəqil həyatına başlamış Baltikdövlətlərindən
fərqli olaraq, bizim bölgədəmüharibələr gedirdi. İndi həmin səhifəni çevirməkşansı yaranıb.
COP29 əla fürsətdir.
Azərbaycanın mütəmadi olaraq beynəlxalqəhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi
üçüngeniş imkanlar yaranır. Buna əsas verən ölkəmizin daim irəli baxması, hər bir yeniliyə,
təkmilləşməyə maraq göstərməsidir. Cənab İlhamƏliyev forumdakı çıxışında gənc nəslin
təhsilinədə xüsusi diqqət göstərərək bildirdi ki, bu, biziməsas prioritetlərimizdən biridir. Gənc
nəslin aparıcıbeynəlxalq universitetlərdə təhsili üçün xüsusiprezident proqramı var. Dövlət
başçısının hər birsahəyə xüsusi diqqət göstərməsi ölkəmizinhərtərəfli inkişafının prioritetliyini,
eyni zamanda, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçünimkanların mövcudluğunu
təsdiqləyir. Hər birbeynəlxalq tədbir yeni əməkdaşlıq əlaqələrininqurulmasında əhəmiyyətli rol
oynayır. Forumiştirakçılarının da təsdiqlədiyi kimi, COP29 iqlimdəyişikliyi ilə bağlı qlobal
problemlərin həlli üçündaha səmərəli olacaq.
Aysel Qurbanova,
Sabirabad rayonu Xəlfəli kənd uşaq bağçasının müdiri


17:06 25.04.2024
Xəbər lenti
Bütün xəbərlər