KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan–Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələsi

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları
birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının
bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük
əhəmiyyət kəsb edir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri çərçivəsində
liderlərin mətbuata bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin Mərkəzi Asiya
ilə yaxınlaşmasının əhəmiyyətindən də danışıb.
Dövlətimizin başçısı qeyd edib ki, “Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və
Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları,
ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi
tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla
əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan
iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə
malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan
iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə
malik olan vahid tarixi-mədəni coğrafi regiondur. “Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal
əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər
səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın
artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun
Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı.”
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk
dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan
Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında
mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini
daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların
atılmasına şərait yaradacaq.
Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc


06:31 27.04.2024