KANAL24.AZ
Az Iw En Ru

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal
təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun açılış mərasimindəki çıxışında Beynəlxalq təşkilatların Ermənistanın işğala
son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladaraq bildirib ki,
Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi: “Hesab edirəm ki, bu, lazımınca
nəzərdən keçirilməlidir. Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər.
Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən
müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz
ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.
Məsələ orasındadır ki, Azərbaycanın əleyhinə mövqe sərgiləyən bəzi dairələr
sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərinin ardınca ölkəmizin beynəlxalq
qanunvericiliyə əsaslanan mövqeyindən, eləcə də hərbi-siyasi gücündən doğan
reallıqları qəbul edərək geri addım atmağa məcbur oldular. İstər Ermənistan, istərsə də
havadarları Azərbaycanın beynəlxalq hüququn aliliyinə əsaslanan iradəsi qarşısında
rəsmi Bakıya qarşı məkrli və destruktiv siyasətlərindən əl çəkmək zorunda qaldılar.
Danılmaz faktdır ki, ötən ilin sentyabrında Azərbaycan suverenliyini tamamilə
bərpa etdikdən, separatizmə birdəfəlik son qoyduqdan sonra bəzi güc mərkəzlərinin
siyasi hücumlarına məruz qalmasına baxmayaraq, ölkəmiz yenə də sülh təklif etdi. 
Sevindirici haldır ki, Azərbaycanın uğurla həyata keçirdiyi sülhə məcburetmə
siyasəti artıq öz bəhrəsini verməkdədir. Ermənistanla Azərbaycan arasında şərti
sərhəddə sabitlik, rəsmi İrəvanın iki ölkə arasında sülhün əldə olunması üçün yaranmış
tarixi fürsətdən bəhrələnərək ölkəmizlə münasibətləri normallaşdırmaq, suverenlik və
ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini təsdiq
etməsi tərəflər arasında etimad mühitinin yarandığının təsdiqidir.
Bu, bir gerçəklikdir ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan
arasında münasibətlərin normallaşması sayəsində əldə olunub. Hazırda Azərbaycan
Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən
hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya
müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb.
Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar
əsasında, vasitəçilərsiz həyata keçirilir. Ölkəmizin başçısının bildirdiyi kimi, artıq
sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır.
Beynəlxalq hüququn sülhə məcburetmə mexanizmlərinə əsasən, əminliklə
demək olar ki, bu gün etimad quruculuğu prosesinin və yekun sülhə doğru real
addımların atılmasının, ölkəmizin başçısının bildridiyi kimi, sülhə doğru irəliləyişin
təməlində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi, eləcə də lokal antiterror
tədbirlərinin həyata keçirilməsi nəticəsində separatizmə son qoyulması, ölkəmizin
suverenliyinin tamamilə bərpa olunması dayanır.
Bəli, reallıq belədir ki, ölkəmizin başçısının da bildirdiyi kimi, Azərbaycan sülhü
müharibə vasitəsilə təmin etdi. Beynəlxalaq hüququn norma və prinsiplərinə müraciət
edildikdə bir daha aydın olur ki, Azərbaycanın reallaşdırdığı sülhəməcburetmə
əməliyyatları tam legitim xarakter daşıyır. Bütün bunlar BMT-nin Nizamnaməsinin VII
fəslinin müddəalarında öz əksini tapıb. Deməli, bizi bundan sonra da haqlı
mübarizəmizdə  kimsə dayandıra bilməz.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru


07:43 06.05.2024
Xəbər lenti
Bütün xəbərlər