KANAL24.AZ
Az Iw En Ru

Nazir müavinin məruzəsi Milli Məclisdə etirazla qarşılandı

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin bu gün keçirilən plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik Məruzəyə etiraz edib.

Teleqraf.com xəbər verir ki, A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında İllik Məruzə ilə bağlı təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu diqqətə çatdırıb:

“Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik? Ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb, işlərin səmərəliliyi daha artırılmalıdır”.


20:25 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər