KANAL24.AZ
Az Iw En Ru

MM 3 gün 2017-ci ilin büdcəsini müzakirə edəcək

Sabahdan başlayaraq üç gün ardıcıl Milli Məclisin plenar iclası keçiriləcək.

İclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Müzakirələr dekabrın 8-də başa çatacaq.


18:06 05.12.2016
Xəbər lenti
Bütün xəbərlər