ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,39 dollar və ya 1,27% ucuzlaşaraq 31,16 dollar olub.
Kanal24 Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 12-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar və ya 1,37% azalaraq 30,98 dollar təşkil edib.