KANAL24.AZ
Az Iw En Ru

Şərqi Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesindəə  mühüm rol oynamaqdadır

Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın
regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi
və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin
tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik
olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin
təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti
və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx
əməkdaşlığına imkan verir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Şərqi
Avropa ölkələrindən biri olan Slovakiya ilə əməkdaşlığa xüsusi önəm verir. Bu da səbəbsiz
deyil. Şərqi Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesindəə 
mühüm rol oynamaqdadır.
Mayın 7-də ölkəmizə rəsmi səfərə gələn Slovakiya Respublikasının Baş naziri Robert
Fitso ilə keçirilən görüşdən sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı Bəyanatında qeyd etmişdir ki, “Hesab edirəm ki, bu gün Slovakiya-
Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox
uğurlu olacaq.”
İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin
olduğunu qeyd edən ölkəmizin başçısı  müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin
yaradılması haqqında  artıq konkret danışıqlara  start verildiyini bildirmiş və bunu yüksək
qiymətləndirmişdir.
Cənab İlham Əliyev bildirmişdir ki, “Təbii ki, bu gün energetika sektorundakı
əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac
edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası”
adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql
etmək üçün yaxşı imkanlar yaradılmışdır.”
Avropa ölkələri ilə təmasların yüksələn xətlə inkişaf etdirilməsi uğurludur. Dostlarımız,
tərəfdaşlarımız çoxaldıqca həm Avropada, həm də dünya birliyində mövqelərimiz də
möhkəmlənir və dünya birliyinə inteqrasiya prosesi güclənir. Bu da ilk növbədə cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi  xarici siyasətin uğurlu davamı və diplomatiyamızın
qələbəsi hesab edilməlidir. Əməkdaşlıq edilən ölkələrlə səmimi dialoq, qarşılıqlı anlaşma və
ilk növbədə etibarlı tərəfdaşlıq bu siyasətin əsasını təşkil edir. Əməkdaşlıq edən ölkələr
Azərbaycanı, onun dövlət başçısını məhz belə tanıyır və qəbul edirlər.
Leyla Fərəcova,
Sabirabad rayonu, Cavad bələdiyyəsinin üzvü


19:48 08.05.2024
Xəbər lenti
Bütün xəbərlər