KANAL24.AZ
Az Iw En Ru

“Özəl sektorun inkişafı” Proqramı çərçivəsində təqdimat

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) maliyyə dəstəyi ilə “Özəl sektorun inkişafı” Proqramı çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədqiqat və inkişaf şöbəsinin turizm mütəxəssisi Ləman Soltanova, almaniyalı ekspertlər Julius Arnegger və Marius Mayerin birgə tədqiq etdikləri “Meqa tədbirlərin ev sahibliyi edən ölkənin iqtisadiyyatı və imicinə təsirinin qiymətləndirilməsi. Praktik təhlil: Bakı-2015 Avropa Oyunları” adlı tədqiqat layihəsinin nəticələrinin təqdimatı olub.

 

ATMU-dan bildirilib ki, təqdimatdan sonra yekun nəticələr iştirakçılar tərəfindən müzakirə edilib. Eyni zamanda, Azərbaycanın yaxın gələcəkdə ev sahibliyi edəcəyi (“Formula-1” üzrə Avropa Qran-pri yarışı, IV İslam Həmrəylik Oyunları, UEFA Avro-2020 və s.) meqa tədbirlərə dair strateji tövsiyələr planının hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlara təqdim olunması qərara alınıb. Bu istiqamətdə tədqiqatların davamlı aparılmasının vacibliyi xüsusi vurğulanıb.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel, GİZ-in ölkə üzrə rəhbəri xanım Sonia Fountaine, ATMU-nun rektoru, professor Cəfər Cəfərov, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Statistika Komitəsinin, o cümlədən özəl və dövlət turizm sektorunun nümayəndələri iştirak ediblər.


03:15 12.01.2016
Xəbər lenti
Bütün xəbərlər