KANAL24.AZ
Az Iw En Ru

Ötən il 261 biznes-forum, işgüzar görüş və sərgi keçirilib

2015-ci ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir keçirib.

 

​İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, İKT, maliyyə və konsaltinq, investisiya, ticarət, təhsil, səhiyyə və əczaçılıq, turizm, nəqliyyat, logistika, sənaye, alternativ enerji, tullantıların idarə edilməsi və s. sahələr üzrə investisiya layihələrinin təqdimatı təşkil olunub. Tədbirlərdə Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.


00:36 12.01.2016
Xəbər lenti
Bütün xəbərlər