KANAL24.AZ
Az Iw En Ru

ABŞ qaz satmağa başladı

Qazın ilk partiyasının əsas hissəsini BG Group alacaq.

 

Birləşmiş Ştatlar neft satışı üzrə embarqonu ləğv etdikdən sonra maye qazın satışına da başlayıb, Financial Times məlumat yayıb.

Oxu.Az “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, çərşənbə axşamı ABŞ-ın Luizianna ştatında yerləşən Sabine Pass terminalına ölkədən maye qazın ixracını ilk dəfə həyata keçirmək üçün Energy Atlantic tankeri yan almalıdır.

Terminal Cheniere Energy şirkətinə məxsusdur, qazın ilk partiyasının əsas hissəsini Britaniyanın BG Group şirkəti alacaq.

ABŞ-dan təbii maye qazın ixracının başlanması bu sahədə rəqabəti artıra və rəqiblərin Afrikanın şərq sahilində, Kanadanın qərb sahilində və Rusiyada terminalların tikilməsinə dair planlarına mane ola bilər, FT qeyd edib.

Onilliyin sonunda ABŞ-ın Qətər və Avstraliyadan sonra üçüncü iri ixracatçı olacağı gözlənilir.

Bununla yanaşı, ABŞ-dan ixracata start neftin qiyməti ilə əlaqədar olan qazın qiymətinin ucuzlaşması fonunda baş verir. Ona görə də ABŞ-dan Yaponiya, Cənubi Koreya və ya Avropaya maye qazın tədarükü bir neçə il bundan öncə olduğu qədər cəlbedici görünmür.


18:54 11.01.2016
Xəbər lenti
Bütün xəbərlər