KANAL24.AZ
Az Iw En Ru

Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə olunur

Bakıda NATO-Azərbaycan beynəlxalq məktəbinin (NİSA) kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş qış sessiyası öz işinə başlayıb.

 

Sessiyada kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə məsələləri əsas müzakirə obyekti olacaq.

Sessiya çərçivəsində tədbir iştirakçılarına kibertəhlükəsizlik, kibercinayətkarlıq nəticəsində milyard dollarla ziyan vurulması təhlükəsi barədə məlumat verilib.

Sonra iştirakçılar "Kibertəhlükəsizliklə bağlı siyasi məsələlər", "Kibertəhlükəsizliyin leqal çərçivələri", "Kibertəhlükəsizlik, kiberhücumlar, risk və çağırışlar" mövzularına həsr olunmuş panellərdə iştirak ediblər.

Qış sessiyası yanvarın 15-də yekunlaşacaq.


18:48 11.01.2016
Xəbər lenti
Bütün xəbərlər