KANAL24.AZ
Az Iw En Ru

“Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldu

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsraildə “Makkabi” (Təl-Əviv) komandasına məğlub olub - 1:0. 

I qrupunun digər matçında “Vilyarreal” İspaniyada Türkiyə “Sivasspor”unu qəbul edib. Görüşdə qapılara səkkiz qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

 

00:03

UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda İsrailin Təl-Əviv şəhərində keçirilən “Makkabi” - “Qarabağ” matçında ikinci hissə başlayıb.

23:49

"Makkabi" - "Qarabağ" qarşılaşmasında ilk hissə başa çatıb.

23:11

"Makkabi" - "Qarabağ" qarşılaşmasında hesab açılıb. 10-cu dəqiqədə ev sahiblərinin oyunçucu Yonaten Kohen fərqlənib - 1:0. 


12:55 23.10.2020
Xəbər lenti
Bütün xəbərlər