KANAL24.AZ
Az Iw En Ru

İki əsas yol bağlanır - Sürücülərin diqqətinə

Paytaxtda iki ərazidə nəqliyyatın hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC-dən Kanal24-ə verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədilə yanvarın 9-da aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yolötürücünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natəvan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısa müddətlik məhdudlaşdırılacaq.

İşlərin səhər saat 09:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır.

ASC bununla əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir.


01:24 09.01.2016
Xəbər lenti
Bütün xəbərlər