KANAL24.AZ
Az Iw En Ru

Spiker və deputatlar da yardım aksiyasına qoşuldular

Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.

Bu barədə Kanal24-ə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Milli Məclis olaraq rəşadətli və müzəffər ordumuzun vətən müharibəsində böyük qələbəsinə əminik! Qarabağ Azərbaycandır!”, - deyə məlumatda vurğulanıb.


22:17 03.10.2020
Xəbər lenti
Bütün xəbərlər