KANAL24.AZ
Az Iw En Ru

Prezidentin köməkçisi Ermənistanın saxta məlumatlar yaymasından danışdı

“Ermənistan döyüş meydanında acizliyini və qorxaqlığını göstərərək, atəş açır. Onlar bu acizlik formasında mülki əhalini hədəfə alırlar”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının silahlı qüvvələri düşmənin cavabını verir və düşmən yerinə oturdulur:

 

“Beynəlxalq təşkilatlara Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlar verilib”.

Onun sözlərinə görə, Ermənistan tərəfindən cılız və reallıqdan uzaq saxta məlumatlar hazırlanır və sosial şəbəkələrdə yayılır:

“Saxta məlumatlar hazırlayan silahlı qüvvələrə Ermənistan xalqı özü inanmamalıdır”.


01:00 01.01.1970
Xəbər lenti
Bütün xəbərlər