KANAL24.AZ
Az Iw En Ru

MİLLİ MENTALİTETdən XƏBƏRSİZ AZƏRBAYCAN DİLLİ TELERADİOLAR.

""... BU günkü məqaləni Azərbaycan dilli Radio və Telivizyalardan, bu TV təbliğatlarını aparılan antimilli verilişlərdən və bu təbliğatlarını hansı fəsadlara gətirib çıxara biləcəyinə öz şəxsi yanaşmamı bildirəcəm...


Dünyada Azərbaycan dilində ilk Televiziya Kanalı SSRİ Dövlətinin sərhədləri çərçivəsində, Azərbaycan SSR-da, Bakı şəhərində 14 fevral 1956-cı ildə Azərbaycan Televiziyasının yaradılması ilə olub.... Dünyada ilk Azərbaycan dilli və SSRİ Dövlətində ilk ÖZƏL TV. Azərbaycan SSR-da 09 mart 1991-ci ildə Vahid (doğ.04.09.1968)və Seyfulla(doğ.18.11.1962.) Mustafayevlər qardaşları və hazırda , "Reyal Təhlil və İnformasiya Mərkəzi" və "Real TV" rəhbəri Mirşahin Ağayev(doğ.12.11.1963) tərəfindən "ANS TV" (Azerbaijan News Service Televiziya) yaratmışlar...
Dünyada Azərbaycan dilli ilk regional TV isə Naxçıvan MR Naxçıvan şəhərində Naxçıvan Televiziyasının yaranması olub. Düzdür Naxçıvanın "NTV" yaranmasının rəsmi tarixi 01 aprel 1932-ci il olsada amma regional TV olaraq 1963-cü il hesablanır. Hazırda 2015-ci ildən efir saatı 17 saat davam edir...
P.S...Naxçıvan Muxtar Respublikası (NMR) 09 fevral 1924-cü ildə yaradılıb. Ərazisi ; 5502,75 kv. km. Əhalisi ; 460.294.nəfər(2020-ci ildə).
Qədim ZƏNGƏZUR torpaqlarımızın 30 noyabr 1920-ci ildə Azərbaycan K(b) P MK Siyasi və Təşkilat bürosunun birgə iclasının qərarı əsasında ermənistana birləşdirilməsindən sonra Araz çayı boyunca 45 km. məsafə NMR Azərbaycan Respublikasında ayırmışdır. Yeri gəlmişkən Zəngəzur sözü "ZUR" Azəri dilində "dərə" mənasını verir, "ZƏNG" isə Azəri dilində "çağırış" mənsan verir, "DərəÇağırır"... mənasın verir. Hazırda ermənistan ərazisi kimi tanınan bu torpaqlarda 1913-cü ildə 149 ədəd azərbaycanlı, 91 ədəd Kürd və 81 ədəd erməni kəndləri olub. Xatırladım ki, 81 erməni kəndinin HAMISI 1813 "Gülüstan" və 1828-ci "Türkmənçay" müqavilələri əsasında İran və Türkiyə adlı müasir dövlətlərdən qovulub köçürülən ermənilərin hesabına salınmış kəndlər olub. Necə deyərlər "müsəlman" və "bir millət" qardaşlarımızın bizlərin başına gələcək bəlaların bünövrə ləri belə köçkünlərin yerləşdirildiyi ərazilərimizdən başlanıb. Tək onu demək bəs edər ki, ərəblərə qarşı 30 ildən çox davam edən Cavidanın, Cavanşirin, Babəkin qanlı mübarizəsi məhz ZƏNGƏZUR Mahalında olub.
Nə isə yuxarıda qeyd etdiyim bədnam "qərar" əsasında Azərbaycan "hakimiyyəti" AZƏRİlərin ƏZƏLİ torpaqları olan Zəngəzurun ümumi 6.742 kv verst ərazisinin 3.105 kv versti(az hissəsi) Azərbaycana saxlanıldı, və 3.637 kv verst(çox hissəsi) ermənistana BAĞIŞLANILDI......
Azərbaycan Respublikasında hal-hazırda 7 ədəd Dövlət, 6 ədəd Özəl TV fəaliyyətdədir :
DÖVLƏT TVləri:
1."AzTV" -- 14.02.1956.yaradılıb.
2."İTV" -- 29.08.2005 yaradılıb.
3."Xəzər TV" -- 02.10.2007 yaradılıb.
4."İdman TV" -- 01.01.2009 yaradıləb
5."Mədəniyyət TV" -- 14.02.2011 yaradılıb.
6."CBC"-- 10.04.2013.yaradılıb
7."CBC Sport" -- 01.10.2015 yaradılıb.
ÖZƏL TVlər :
1."Space TV" -- 12.10.1997.yaradılıb.Sahibi prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Heydər qızı(doğ. 12.10.1955). Rəhbəri Vaqif Mustafaevdir.
2."Lider TV" -- 01.09.2000.yaradılıb. Sahibi Ədalət Əliyev Hüseyn oğludur(doğ.12.02.1967).
3."ATV"-- 25. 12.2000.yaradılıb.Sahibi Azad Azərbaycan Teleradio Yayım şirkətidir. Rəhbəri isə Azər Xəlilovdur.
4."ARB"--("Region TV") 10.05.2014.yaradılıb.19 sentiyabır 2016-cı ildən adı "ARB" olub. Bu telekanal müstəqil regional TVləri "Kəpəz TV", "EL TV", "ARB Şəki", "ARB Xaçmaz", "ARB Lənkəran", "ARB-24" birliyindən yaranmış Azərbaycanda ilk Televiziya Şəbəkəsidir.
5."Reyal TV" -- 15.03.2018.yaradılıb.Sahibi - Mirşahin Ağayevdir.
6."ARB 24"-- ("Simurq TV") 01.07.2010.yaradılıb, 24. 09.2018 bağlanıb. Sahibi - jurnalist, Sosialogiya üzrə Fəlsəfə doktoru Radik İsmayılov Arzuman oğlu(doğ. 09.10.1979) olub.
Bu telekanallarla bərabər Azərbaycanda Regional TV-lərdə fəaliyyətdədir ki, Dövlət Regional TVlər olan 1. "Naxçıvan TV" --1963-cü ildən və 2. "Kanal 35" 14 iyul 2004-cü ildən yayımlanırlar.
Özəl Regional TVlərdən isə 1."Kəpəz TV" -- Gəncədə 06.05.1994-cü ildən, 2."Mingəçevir TV" --04.05.1998-ci ildən Mingəçevirdə,
3."Qafqaz TV" -- 01.09.1998-ci ildən Qubada,
4."Dünya TV" -- 15.09.1998-ci ildən Sumqayıtda,
5."ARB Şimal" -- 15.11.2007.Xaçmazda,
6."ARB Cənub" -- 31.12.2007.Lənkəranda,
7."ARB Şəki" -- 29.12.2008.Şəkidə,
8."EL TV" -- 17.07.2009.Yevlaxda,
9."ARB Günəş" -- 01.04.2015.Qubada fəaliyyətdədirlər.....
Bu siyahını uzatdıqca uzanar. Amma məqsədim odur ki, hər birinizin demək olar ki, qarşılaşdığınız bu TV kanalların hər hansı birində Azərbaycan Torpaqları, Azərbaycan(Azəri),Milləti, Azərbaycan Xalqı, Azərbaycan Rəhbərləri haqqında rus, erməni, fars, osmaniyyə(türk) "tarixyazarları"nın fantaziyaları əsasında, saxtalaşdırılmış, gizlədilmiş, tarixin təbliğatında, milli mintalitetimizə cavab verməyən əxlaqdan və Mədəniyyətdən kənar etnos parazitlərin "hay-küyündən", "Atılıb-düşməklərindən", "çalıb-oynamaqlarından" və s. və s. başqa hansı milli və əxlaqi dəyərlər öyrədilir.?! Kim Azərbaycanın 6029 il Qədim millilik tarixini, Azərbaycan(AZƏRİAN MƏMLƏKƏTİ) Torpaqlarımızın Reyal tarixini, OD-ALOV etiqadını, inancını, təbliğ edir? Heç kim! Çünkü qanı qanımızdan, Ruhu Ruhumuzdan, Canı canımızdan olmayan ETNOS PARAZİTlərdir hamısı.....
Cənub qonşumuz, Qədim Azərbaycan(AZƏRİAN MƏMLƏKƏTİ) Torpaqlarımızın 364 min kv. km. Ərazirimizi müasir dövlət sərhədlərinə qatmış, İRAN dövləti isə, öz rəsmi məlumatlarına əsasən 15 milyon(faktiki isə 35 milyona yaxındır) azərbaycanlı əhalisi üçün, Türkiyə dövləti ilə müqayisədə "Toya getməli", yəni DÖRD ƏDƏD, Azərbaycan dilində regional TV yaradıb.... Belə ki, "İran Radio və Televizya" şirkətinin sahibləndiyi regional İran Kanalları olan, Azərbaycan dilində yayımlar edən, DÖRD kanal vardır.
1.İran dövləti ərazisində, Qərbi Azərbaycan Ostanı adlanan ərazi bölgəsində, Urmiya şəhərində baş qərərgahı olan "Azərbaycan TV" 1998-ci ildən fəaliyyətdədir. TV Azərbaycan, Kürd və fars dillərində yayımlanır.
2.ODLAR YURDU Azərbaycanın ilk qədim şəhəri Ərdəbildə, hazırki İranın Ərdəbil Ostanı ərazisində "Savalan TV" adlı TV 2000-ci ildən Azərbaycan və fars dillərində yayımlanır.
3. İranın Şərqi Azərbaycan Ostanında Baş Qərərgahları Təbriz şəhərində və Şimalı İrlandiyanın Belfast şəhərlərində yerləşən,Azərbaycan və fars dillərində yayımlanan "Səhənd TV" televiziyası yayımlanır.
4.Zəncan Ostanında 6 avqust 2004-cü ildən Azərbaycan və fars dillərində "Eşraq TV" adlı TV. yayımlanır.
Əlavə olaraq qeyd edim ki, İranın paytaxtı Tehran şəhərində Baş Qərərgahı olan 1992-ci ildə yaradılan "Sahar TV"-da, İranın əksər ərazilərində 8 dildə, (fars, Azərbaycan, ingilis, ərəb, fransız, Kürd, Bosniya, Urdu) yayımlanan, Azərbaycan redaksiyasının, Azərbaycan dilində 8 saat davam edən verilişlərdə vardır.
Müasir Türkiyə dövləti sərhədləri çərçivəsinə salınmış 118,9 min kv. km. Qədim Azərbaycan torpaqları olmasına baxmayaraq bu ərazilərdə, 10 milyonlarla Azərbaycanlı(Azəri) Millətindən törəmələri yaşasada, BİR DƏNƏ olsa belə Azərbaycan dilli nə TV və ya nədə ki, Radio YOXDUR. Əhalini demək olar ki, 99% türkləşdiriblər.
Yalnız Türkiyədə 21 mart 2009-cu ildən "TRT AVAZ" adlı Türkiyənin öz əhalisi və digər türkdilli qrupa daxil ölkələr üçün yayımlar olur. Bəli yalnız burda yarı türk yarı Azərbaycan(Azəri) dilində qısa müddətli verlişlər yer alır. Əsas səbəb isə Azərbaycan(Azəri) millətini və Azəri milli kökündən ayrılmış ən "cavan millətlər" Midilər, Hüramilər, Zazailar, Kürdilər, Talışilər, Tatiləri və s. və s. özlərinə qatıb "azəritürkü" damğasını başımıza "yeritmək" siyasətidir......
ABŞ Çikaqo şəhərində, 04 oktyabr 2004-cü ildən, əslən Ərdəbil bölgəsindən olan, Azərbaycan dilinin Muğan ləhcəsində danışan, mühacir Əhməd Obalı tərəfindən təhsis edilmiş "GünAZ TV" Azərbaycan və fars dillərində ilk yayımını 28 May 2005-ci ildə edib. Bu TV 24 saat Avropa, Yaxın Şərq, Afrikanın şimal ərazilərində peyklər vasitəsi ilə yayımlanır...
ABŞ Dövlətinin "Amerikanın səsi" (Voice of Amerika) xatici auditoriya üçün hesablanmış xəbər yayımları dada Azərbaycan dilində Radio verilişləri yayımları 1952-ci ildən 1991-ci ilə kimi davam etmiş, hazırda "Hotbird" peyk televiziyasında və İnternetdə (WWW.amerikaninsesi.org) yayımlanmaqda davam edir.
Gündə 35 milyondan artıq insanın dinlədiyi "Azadlıq" radiosu(Radio Free Europe/Radio Liberty (RFE/RL)) ABŞ konqresinin maliyyələşdirdiyi 1950-ci ildən yaradılmış qeyri-kommersiya təşkilatıdır. 1995-ci ildən etibarən o vaxt Çexiya prezidenti olan Vatslav Havelin təkidli dəvəti ilə Münhendə Praqaya Çexoslavakiya Federal Parlamentinin köhnə binasına köçürülüb və ay ərzində 4,5 min saatdan artıq verlişlər yayımlanır. "Azadlıq" Radiosunun 28 dildə, o cümlədən Azərbaycan və Kürd dilində də verlişlər hazırlayan 23 redaksiyası var........
Rusiyadan Baş Qərərgahı Moskva şəhərində yerləşən, Azərbaycan və Rus dillərində, 28 noyabr 2007-ci ildən yayımlanan və 2002-ci ildən Saleh Xudiyevin yaratdığı "İnterAz" (İnternational Azerbaijan Televison) TV - sı da vardır.
05 yanvar 2013-cü ildən etibarən Azərbaycan dövlətinin SADİQ DOSTU Pakistan Dövlətində də Azərbaycan dilində verlişlər paylayan "Hadi TV" yayımlanır...
BELƏ bir nəticəyə gəlmək olur ki, Azərbaycan dilli yüzdən artıq Radio və TV olsada Azərbaycanın REYAL problemləri Daxili Milli Siyasətin bərbat vəziyyətdə olmasından asılı olaraq BİR MƏRKƏZDƏN idarə olunmaqdan məhrumdur. Məhz bu Milli Strateji İnformasiya Mərkəzinin yalnız adı olması və burda fəaliyyət göstərən ETNOS parazitlərin laqeyit münasibəti Xalqımızı bir MİLLİ İDEYA ətrafında birləşmək təbliğatında məhrum edir. Yuxarıda sanadıqlarımın və saymadıqların xırda informasiya mərkəzlərinin hər biri BİR ZURNA çalır. Azərbaycan(AZƏRİ) MİLLƏTİ və Azərbaycan XALQI TƏRKİBİNDƏ birləşən azsaylı millətlərin Vəhdətinə isə yalnız Azərbaycan MİLLİ İdeologiya təbliğat mərkəzinin ətrafında birləşmək olar. Bu isə demək olar ki, öz axarına buraxılıb. Elmimiz elim sizlər, Mədəniyyətimizə mədəniyyətsizlər, Əxlaqımıza əxlaqsızlar rəhbərlik EDİR.TV-lərdə elə bir verliş tapa bilməzsiz ki, Azərbaycan Mənəviyyatının milli köklər əsasında daha sivil püxtələşməsin həsr edilsin...Nə qədər türklərdən, farslardan, ruslardan, avropalılardan "OĞURLANMIŞ" milli mintalitetimizə köklü zərbə vuran verlişlər olar?!. Neçəki, hakimiyyətdə olanların 90-95% damarlarında onlarla millətlərin qanqarışığı olan ETNOSların əlində olacaq bu vəziyyət ilbə - il pisləşəcək. Yeganə çıxış yolumuz mənim fikirimcə dəfələrlə yazdığım, hamılıqla YENİ İNSAN KAPİTALI yaratmaqdır. Övladlarımız AİLƏ-UŞAQ BAĞÇASI-ORTA MƏKTƏB-ALİ TƏHSİL mərhələli milli kökü üzə və sivil dünya görüşünə əsaslanan TƏLİM-TƏRBİYYƏ mərhələsi keçməklə Dövlətimizdə, Hakimiyyətdə YENİ MİLLİ BAXIŞ formatın yarada bilən YENİ NƏSİL ÖVLADLAR böyütməsək yaxın gələcəkdə Azərbaycan, Azərbaycanlı dünyadan silinəcək! Var olsun Azərbaycan və Azərbaycanı qəlbən sevən "AZƏRBAYCANLI " adını ŞƏRƏF bilən İNSANlar!!! ""
- *(İBO) *-


05:26 26.06.2020
Xəbər lenti
Bütün xəbərlər