KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI VI BÖLÜM: "DÖRDÜNCÜ DÖVLƏTİM - TURUK"

Hər gün alışdıqca ODU səmanın,
Nurlandı məkanı AZƏRİANIN.
Elindən, çölündən qovdu zülməti,
Vətən öz hüdudun bərkitdi qəti.

Günəş Gölü ilə sərhəd çəkildi,
Ucqar nöqtələrə pərgar əkildi.
Obalar, elatlar çevrələndilər,
İgid əsgərlərlə dövrələndilər.

Neftlə hazırlanan odlu silahlar,
Onların əlində parladı par - par.
Hamı növbə ilə keşikdə durdu,
AZƏRİ müzəffər bir ordu qurdu.

Daxildə asayiş, dinclik yarandı,
Günəş Gölündəsə nur dalğalandı.
Sahildə yetişən Dəmirağacı,
Oldu ustaların işinin tacı.

Meyvəsi olmayan bu sirli nemət,
Gəmiyə, qayığa bəxş etdi sürət.
Onun sayəsində su nəqliyyatı,
Sanki əldə etdi bir "dəmir at"ı.

"Çapıb" balıqçılar o "atı" hər gün,
Hərəkət etdilər sularda düzgün.
Başına dəridən yelkən qoydular,
Qədim alətlərlə için oydular.

Oturub orada, çəkdilər avar,
Ancaq bilmədilər nə soyuq, nə qar...
Bütün fəsillərdə səfər etdilər,
Uzaq məkanlara hətta getdilər.

Qalırdı sahildə Bakı, Lənkəran,
Bir aləm olardı söküləndə dan...
Səhər ocağından qalxardı tüstü,
Xörəklə dolardı sacların üstü...

ODa təzim edib yeməkdən qabaq,
Yada salınardı o CƏNABİ - HAQQ.
Sonra şövqlə hamı çörək kəsərdi,
Süfrəyə bərəkət mehi əsərdi...

Buruna Vətəndən qoxu gələrdi,
Bütün ailənin üzü gülərdi...
Elə ki naharlar çatardı sona,
Dua edilərdi AZƏRİANA.

Sizinçün çəkdiyim bu mənzərələr,
TURUK dövlətimdən tarixi xəbər.
Olmuş sahilində Günəş Gölünün,
Aldım keçmişlərdən sorağın, ünün.

İstərəm söyləyim əlbəttə, bu dəm,
TURUK mövcud olmuş Miladdan əqdəm.
Yaşamış düz 19 - 20 əsr...
Biz gecikirik, zaman tələsir...

Saxta "qardaşlar" da ləngidir bizi,
Sındırmaq istəyir iradəmizi.
Bir şanlı tarixi qanlı edirlər,
Bizi gah türk, gah osmanlı edirlər!

Calayıb onlara özünü çoxu,
Talayır vətəndən malı, var - yoxu!
Namusu, qeyrəti, milləti satır,
Axı əcdadının xisləti qatır!

Fəqət AZƏRİYƏ daralır meydan,
Hətta tər axıdıb, lap qoysa da can!
Doğmaca adına ağız büzülür,
Ögey baxışlardan qəlbi üzülür...

Dövləti üstündə haqqı danılır,
Gənci kor edilir və aldanılır!
Bir pərdə çəkilir saf keçmişinə,
Yadlar barmaq edir onun işinə!

Tarix - salnaməsin düşməni yazır,
İrizi, cığırı, döngəsi azır!
"Xəzər" söylənilir Günəş Gölünə,
Görən, bu təhrifin "fəlsəfəsi" nə?!

Yağının niyyəti bəllidir sözsüz,
O, qoymaq istəyir Vətəni gözsüz!
Ancaq əlimdədir bu kəskin qələm,
Qoymaram Yurdumu çəkə dərd, ələm!

SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)
03.05.2014


07:25 19.06.2020
Xəbər lenti
Bütün xəbərlər