KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI V Bölüm: "ÜÇÜNCÜ DÖVLƏTİM - KUTİ"

DAHİ Azəri ədibimiz Sərraf Azəribəyin "" AZƏRİLƏR"" Poemasından V Bölümü ---" ÜÇÜNCÜ DÖVLƏTİM - KUTİ", sizlər üçün paylaşıram. Buyurun Unudulmuş REYAL tariximizlə tanış olun.                                               

Dövlət bir sərvətdir cəmiyyət üçün,
Fəqət qurularsa xoş niyyət üçün.
ALOVA and içən AZƏRİ şahlar,
Heç zaman etməzdi səhvlər, günahlar...

Odu öpərdilər ürəkləriylə,
Qılınc tutardılar biləkləriylə.
Bir ələ gur məşəl götürərdilər,
Növbəylə heyətə ötürərdilər.

Ona təzim edib mərd sərkərdələr,
Olardı cürətə adətkərdələr.
Ocaq çatılardı meydan başında,
Kömür qoyulardı Vətən daşında.

O, bir işarəydi məhz qara rəngə,
Alıb, öpərdilər girməzdən cəngə.
QARA CANAVARDAN yadigar idi,
ODDAN nişanəydi, qalar bar idi...

Onu yandıraraq, "dirildərdilər"
Ki, bəxti, taleyi izləməsin şər.
Sonra tac qoyaraq başına şahın,
Güllə bəzərdilər cığırın, rahın.

Miladdan 300 il üzü o yana,
Yeni Günəş doğdu AZƏRİANA.
Həmin adətlərə verildi meydan,
Salam göndərildi Günəşdən, Aydan...

İndiki İraqın şimal - şərqində,
Bir dövlət yarandı miqyas fərqində.
Böyük ərazini çevrəyə aldı,
Təxti - səltənəti Göyə ucaldı.

Qoydu bünövrəsin qədim kutilər,
Zəkası, şüuru, zehni itilər.
Hey parladı bu AZƏRİ tayfası,
Oldu ədalətin, mürvətin xası.

Meydan verilmədi zülmə, əzaba,
Bərabər bölündü sərvət hər qaba.
Mehriban yaşadı rəiyyət, ağa,
Abadlıq yol açdı bağçaya, bağa.

Vətən başdan - başa gülüstan oldu,
Ürəklər sevinclə, fərəhlə doldu.
KUTİ dövlətimsə vurdu möhürün,
Vətən, daim belə firavan görün!

Arzu firavanlıq olsa da fəqət,
İndi ANA YURDUM çəkir məşəqqət!
Hər ili, yüzili əzabda keçir,
Vəzirin, vəkilin yağılar seçir!

Gah türkdən, gah farsdan gəlir "sifariş",
Əsl AZƏRİYƏ qıcanılır diş!
Öpür düşmən əlin gör necə yalaq,
Məhv edir vətəni "azəricalaq"!!!

Buna bir sübutdur İrəvan, Şuşa,
Satıb, göstərdilər xalqa "tamaşa"!
Oyuncağa "cümhuriyyət" dedilər,
Zəngəzurun uca başın yedilər!

"Ənam" verib erməniyə, gürcüyə,
Goplayıb, milləti saldılar küyə!
Vətəni yadlara vassal etdilər,
Danışan dilləri küt, lal etdilər!

Sonda Qarabağı qoyub qumara,
Vurdular YURDUMUN köksünə yara!
Ağlayır, dərdlidir qəmli VƏTƏNİM,
Kədərdən gözləri nəmli VƏTƏNİM!

SƏRRAF AZƏRİBƏY
(ƏFƏNDİYEV)
08.01.2013f


06:45 12.06.2020
Xəbər lenti
Bütün xəbərlər