KANAL24.AZ
Az Iw En Ru

Qəbələ və Oğuza dolu yağır - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

 
Milli Hidrometeorologiya Xidmətindən Kanal24-ə verilən məlumata görə, hazırda Qəbələyə yağış və dolu, Oğuz rayonunun Başdaşağıl kəndinə isə dolu yağır.
 
* * *
 
Ölkə ərazisində faktiki hava açıqlanıb. 
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 6-da əksər rayonlarda şimşək çaxıb, yağış yağıb. 
 
Düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13 mm, Şəkidə 11 mm, Xaltanda 6 mm, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4 mm, Oğuz, Tərtərdə 3 mm, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 mm olub. 
 
İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 mm, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırda dənəli dolu düşüb. 
 
Gecə saatlarında 25 m/s-dək güclənən şimal-qərb küləyi  səhər 8:00 radələrindən başlayaraq zəifləyib. 
 
Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan MR-da 32-36 dərəcə isti olub. 
 
Bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti təşkil edəcək.

00:55 07.06.2020
Xəbər lenti
Bütün xəbərlər