KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI DÖRDÜNCÜ BÖLÜM: "İKİNCİ DÖVLƏTİM - LULLUBİ"

Parlaq məfkurələr gətirdikcə bar,

Daha da güclənər, artar iqtidar.
Alovdan güc alan mərd AZƏRİLƏR,
Həyat meydanında axıtdılar tər.

Torpaq şumladılar, əkin əkdilər,
Sərvət qazandılar, zəhmət çəkdilər.
Boy verib, artdıqca sərvətin gücü,
İtiləndi siyasətin ülgücü.

Müşkülü, əngəli üzdü dibindən,
Boş məsrəf etmədi əsla cibindən.
Çox ALOV rəsmli pullar kəsildi,
Qızılı, gümüşü qənimət bildi.

Sözsüz, üstün oldu "13" rəqəmi,
Daim yetişəndə kəmiyyət dəmi.
ALOVUN dilləri ölçüldü belə,
Həkk oldu pul üstə həmin rəsm ilə.

Göylər nizam verdi qəddə, qamətə,
Günəş mehrab oldu istiqamətə.
Nəzər yetirildi parlayan bərqə,
Yolsa göstərildi cənubi - şərqə.

Var idi qarşıda cəngəllik, orman,
Burda yerləşirdi indiki Kirman.
Hər tərəf bəbirlə, pələnglə dolu,
Yaman çətin idi qət etmək yolu.

AZƏRİ cəngavər görərək bunu,
ALOVLA qızdırdı oxun ucunu.
Onu vəhşilərə sarı tuşladı,
Beləcə, qanlı bir savaş başladı.

Cəngavər pələngi yıxaraq yerə,
Zərbə də endirdi xallı bəbirə.
Bu qanlı savaşda o, qalib oldu,
Vəhşilər qaçışdı, ordan qovuldu.

Yola dayanmadan edildi davam,
Məsafə birbəbir qət olundu tam.
Elə ki çatıldı Fars Körfəzinə,
Suda akulaya gərildi sinə.

Olaraq nəhayət, məskun məkanda,
LULLUBİ iz saldı AZƏRİANDA.
Bir dövlət quruldu eyni ad ilə,
İdarə olundu istedad ilə.

Unutma keçmişi, təhrif etmə gəl,
Zaman: 2000 il Miladdan əvvəl...
Sərhədlər: Kirmandan Fars Körfəzinə...
Anla: AZƏRİ kim, məmləkəti nə?

Dolandıqca çarxı zamanın fəqət,
Yalanlar, böhtanlar götürür sürət.
Məkrlər, hiylələr çapır atını,
Pozurlar illərin məlumatını...

"azəricalaqlar" nə vaxtdan bəri,
Danırlar AZƏRİ LULLUBİLƏRİ!
Fakta, həqiqətə kölgə salırlar,
Saxta tarix yazıb, rüşvət alırlar!

Ancaq Vətənimin gözü ağlayır,
Könlü qubar tutur, yara bağlayır...
İtmiş torpağına matəm saxlayır,
Köksünə çəkilmiş dağları sayır...

AZƏRİYƏ calandıqca türk adı,
Sınır millətimin qolu, qanadı...
Möhtəşəm keçmişi miskin görünür,
Gözlərində qəzəb və kin görünür!

Sərraf (Əfəndiyev) AZƏRİBƏY
12.12.2012


18:04 05.06.2020
Xəbər lenti
Bütün xəbərlər