KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI III Bölüm: "İLK DÖVLƏTİM - ARATTAN"

Dövlətsiz var olmaq çətindir, çətin,
O, bir sübutudur sözsüz, millətin.
Torpağın, sərhədin var isə əgər,
Qoruyub onları, zülmə sinə gər!

Ən qədim keçmişə enək bir qədər,
Çünki tarixləri zamanlar güdər.
Miladdan əvvələ uzadırıq əl,
Tutur əlimizdən 3000 il əvvəl...

Həmin o çağlar ki, uzaqdadır çox,
Bugünə uzanan körpüləri yox...
Fəqət var dərində zaman "tuneli",
Haqla qovuşdurur qədim bir eli.

Düşüb o "tunelə", yerisək hərçənd,
Qaranlıq yollarda olacağıq bənd.
Fəqət faktlar bizi aparacaqdır,
Keçmişdən məlumat qoparacaqdır.

Elə isə, saxlayıb xəyal "kompasın",
Silək təxəyyülün "tozun", "his - pasın".
Budur, saldıq işə: qərbi göstərir...
Düşüncə dayanıb, nəfəsin dərir...

Xəyal qanadlanır, qərbə yol alır,
Urmiya gölünə nəzərin salır.
Baxır ona sarı axan çaylara,
İstəyir üzərək, suları yara...

Tuşlanır qəflətən Fərata sarı,
Keçmişə aparır onun axarı.
O yandan Dəclə də göstərir özün,
Yazır suyu üstə "ARATTAN" sözün.

Bu anda düşüncə başlayır işə,
Bildirir: mənimdir həmin bu guşə!
Əgər fikirləşib, düşünsək dərin,
Buradək olubdur AZƏRİLƏRİN!

Urmiya gölündən başlayan torpaq,
Tutub bir dövlət tək tarixdə yarpaq.
Uzanıb Dəcləyə, Fərata qədər,
Düşməni, yağını edib dərbədər!

ARATTAN deyilib onun adına,
Alıb buraları öz qanadına.
Zirvəyə qaldırıb mərd qartal təki,
Ancaq susur keçmiş sanki lal təki...

Guya "din qardaşı" olan farsların
Dolaşır yurdumda karvanı harın...
Urmiya gölünü sanmırlar mənim,
Həqiqət onlara qoy olsun qənim!

Bölüb ARATTANIN ərazisini,
Dəstavüz edirlər əllərdə dini.
Verib millətimə zülm, əziyyət,
Güdürlər ən mənhus, ən bədxah niyyət!

Yurdun hər qarışın "ostan" edirlər,
Xurafat becərən "bostan" edirlər...
Ora su yerinə qan axıdırlar,
Bədxah niyyətləri yaxşı verir "bar"!

İşgəncə ağacı ölüm meyvəli,
Dərir hər gün onu mollanın əli...
Düşünən başlara kəndir taxılır,
Dilimə, elimə çox xor baxılır!

"Tiryək" tüstülənir beynində xalqın,
Fikri, düşüncəsi, xəyalı dalğın...
Zindanda çırpınır OD etiqadım!!!
Fəqət odur mənim adım, soyadım...

SƏRRAF AZƏRİBƏY
22.11.2012.


17:46 29.05.2020
Xəbər lenti
Bütün xəbərlər