KANAL24.AZ
Az Iw En Ru

28 MAY 1918-ci İL ŞİMALİ AZƏRBAYCAN TORPAQLARININ BÖLÜNMƏSİNİN HÜQUQİ TƏSTİQİ GÜNÜ.

"" Hər birimiz Hər hansı bir Tarixi Hadisəyə və ya Tarixi Günə, daima fantaziyalar uydurmaq meyilli tarixyazarların tarixdən bizlərə danışılan "nağılları" ilə deyil Ulu YARADANIN Bizlərə verdiyi ALİ ŞÜURla ,oxuduğumuz Tarixi hadisələri bir neçə müxtəlif istinad mənbəələri ilə, Səlist Məntiqi Düşüncə əsalı "ələkdən krçirmək"lə son analizdən gəldiyimiz nəticə əsasında qərar verməliyik.

Çox insanlar Tarixi hadisələri yalnız yazıldığı mənbəədən oxuyub və oxuduqlarının tam doğru-dürüst olmalarında insarlıdırlar. Baxmayaraq ki, əksər Tarixi Hadisələr , Qalib Tərəfin tarixyazarları tərəfindən 180° əks olmaqla tarixi "canlanma" tapmaqla tarixləşdirilmiş və tarixə salınmışdır.Tarixi faktlar və hadisələr saxtalaşdırılır. Necə deyətlər Qalib Tərəf HƏQİQƏT carçısı Məğlub Tərəf isə PİSLİK carçısına çevrilir.

Hər bir mübarizədə Güclü Doğru gücsüz Yalan persenaja çevrilir . Sadəcə götürsək əksəriyyətimizn canlı şahidi olmuş 1990-cı illərdə Azərbaycanda reyal baş vermiş hadisələrlə bu hadisələrin necə tarixləşdirilməsi arasındakı fərqə diqqətlə baxıb analiz edsək çox hadisələrin Reyal gerçəkliyin tam əksi olmaqla tarixə salınmasını tam aydın görünər. Məgər Azərbaycanda gedən hakimiyyət uğrunda ""KRESLO"" çəkişmələri və qırğınları reyal olanlar kimi tarixə salınıb? Xeyir! Yox! və birdə Yox!....Nə isə bugünkü mövzuya giriş üçün məncə bəs edər. Keçək əsas məsələyə.....Bu günkü söhbətim 28 MAY 1918-ci il Tarixinin əslində bizlərə "nə verdiyini" və ya "nələri itirdiyimizi" SMD əsaslı özünəməxsus analiz etməkdir.....1826-- 1928-ci illərdə Rusiya və Persiyə arasında gedən müharibənin son nöqtəsi 22 fevral 1828-ci ildə.

Təbriz yaxınlığında Türkmənçayda Persiya və Rusiya imperiyaları arasında imzalanmış ""TÜRKMƏNÇAY MÜQAVİLƏ""si ilə qoyuldu. Bu müqavilə 1804- 1813-cü illər baş vermiş Persiya və Rusiya imperiyaları arasındakı müharibənin nəticəsi olan, 24 oktyabır 1813-cü ildə Qarabağın Gülüstan kəndində bağlanmış ""GÜLÜSTAN MÜQAVİLƏSİ""nə əsasən Rusiyaya verilmiş Azərbaycan torpaqlarının Rusia imperiyasında qalmasını və əlavə olaraq Naxçıvan və İrəvan xanlıqları torpaqlarının da Ruslara verilməsini birdəfəlik qanunlaşdırmaqla Şimali Azərbaycan torpaqlarının tam Rusiya İmperiyası sərhəqlərinə qatılmasını başa çatdırmış oldu.....21 mart 1828-ci ildə Naxçıvan Xanlığı və İrəvan xanlıqları İmperator Nikolay l ,(01.12.1825.- 02.03.1855.) qərarı ilə ləğv edilərək erməni vilayyəti yaradıldı. Həmin illərdə təkcə Naxçıvan şəhərinin özündə 17.138 nəfər Azərbaycanlı yaşayırdısa İrəvan xanlığı və Naxçıvan xanlığı ərazilərinə Osmanlı imperiyasından qovulub-köçürülmüş 10.625 dənə erməni və Persiyadan qovulub- köçürülmüş 13.369 dənə erməni yaşayırdı.

Fərqə diqqət yetirsək az müddətdə 24 min ədəd ermənini ,əzizlədiyimiz "qardaşlarımız"" olan osmanlı və din "qardaşlarımız" olan perslər tərəfindən qovularaq torpaqlarınıza doldurulmuşdular. 10 aprel 1840-cı ildə erməni vilayəti Rus İmperatoru Nikolay l əmiri ilə ləğv edildi, 9 iyun 1849-cu ildə isə Bu ərazilərdə paytaxtı Azərbaycanın qədim şəhəri İrəvan olmaqla İrəvan Quberniyası yaradıldı. İrəvan quberniyasının ərazisi 27.830.min kv.km. olmaqla, əhalisi 1897-ci il məlumatına əsasən 829.556. nəfər olub. Bu əhalinin baxmayaraq ki, guya 52% erməni olub amma həqiqətdə cəmi 441 min göstərilsə də yalnız 220 min. dənə erməni olub ki, bunlarında 60% Persiya və Osmaniyyə imperiyalarından köçürülən ermənilərin törəmələri olub. İrəvan quberniyası 1917-ci ildə ləğv edib. İrəvan quberniyasının mövcudluğu illərdə Azərbaycanlıların bu ərazilərdən kütləvi köçürülməsi və qırğınları daima olduğundan ,kəndlər şəhərlər planlı şəkildə gəlmə ermənilərlə məsgunkaşdırıldığından və s. və s. .....buna cavab olaraq Naxçıvan Xanı CƏFƏRQULU XAN NAXÇIVANSKİ tərəfindən Naxçıvan və İrəvan xanlıqları ərazisində ARAZ RESPUBLİKASInın yaradılmasın elan etdi. Bu ARAZ Respublikasının ümumi ərazisi 16 min kv.km. , paytaxtı İqdır və Naxçıvan şəhərləri idi, pul vahidi Azərbaycan manatı, Dövlət dili Azərbaycan dili idi.

ARAZ Respublikası 22 noyabır 1918-ci ildən 26 iyun 1919-cu ilə kimi mövcud olub.......P.S. : Cəfərqulu Xan Kəlbalı xan oğlu Naxçıvanski. 05 fevral 1859-cu ildə Naxçıvanda Rusiya imperiyasında anadan olub. Sankt-Peterburqda ""Пажеский Его Императорского Величества Корпус""və ya qısaca "Pajeskiy korpus" hərbi məktəbini bitirib.Həyat yoldaşı İrəvandan olan Fəhrəntac xanım olub. Oğulları : Kəlbali Xan, Ehsan Xan, Cəmşid Xan, Davud Xan, Qızı Nazilə bəyim.....1903-cü ildə Naxçıvan şəhər starostası olub. Rotmistr ,( Alman dilindən tərcümədə Rittmeister -- Ritt-- kavaler otryadı, dəstə və Meister -- rəyis),hərbi rütbəsi olub.....1929-cu ildə Azərbaycan SSR-də Naxçıvanda vəfat edib......23 fevral 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyiminin l iclasında Müsəlman fraksiyasında 44 depytat var idi və lideri Məmmədəmin Rəsulzadə idi. 22 aprel 1918-ci ildə Zaqafqaziya Seyimi Müstəqil Zaqafqaziya Demokratik və Federativ Respublikasının yaradılfığını elan etdi.26 apreldə yeni Nazirlər kabineti üzvüləri elan edildi ki, bunlardan 5 nəfəri müsəlmanlar idi.1.Fətəli Xan Xoyskiy,(07.12.1875.Nuxada doğulub 19.06.1920-ci ildə Tiflisdə vəfat edib və Tiflis Botanika bağında dəfin edilib..Ədiliyyə naziri oldu), 2.Xudat Bəy Məlik-Aslanov,(1879 -- 1935. Yol naziri), 3.Nəsib Bəy Ysifbəyli,(05.07.1881.- 31.05.1920. Təhsil naziri), 4.Məmmədhəsən Hacınski Cəfərqulu oğlu,(03.03.1875.- 09.02.1931. Sənaye və Ticarət naziri), 5..İbrahim bəy Heydərov İsa bəy oğlu,(03.08.1879.Dərbənddə doğulub.- 23.09.1949.Ləzgi millətindən olub.

Dövlət nəzarəti naziri olub).. Məhz bu vaxtlar İrəvan quberniyasından ermənilərin vəşiliklərindən can qutarmaq üçün 80 min nəfər müsəlman qaçmağa məcbur olmuşdular. Osmanlılar isə Rusiyanın başının özünə qarışdığını və Zaqafqaziyada hərcimərciliyi görüb "hərəkətə " başladılar. İki ay müddətinə ZDFR. Əraziləri olan Kars, Ardaran, Batumi,Ozurreti, Axaltsixe osmanlıların əlinə keçdi. Bu kimi vəziyyət və vətəndaş millətlərarası müharibəsi 26 may 1918-ci ildə ZDFR dağılması ilə nəticələndi. Belə ki, İLK olaraq Gürcülər Gürcüstan Müstəqil Dövlətinin yaradılmasını 26 may 1918-ci ildə elan etdilər.Gürcüstan Demokratik Respublikası,(GDR), 107.6 min kv.km. ərazidə, 2.5 milyon əhalisi olmaqla, dövlət qurmaqla ZDFR dağılmasının bünövrəsini qoydular. İkinci ermənilər 27 may gecəsi Daşnaksütyun partiyasının,(1890-cı ildə cəmi 3 dənə erməni Tiflisdə bu partiyanı yaradıblar), Tiflisdə baş tutan toplantısında ermənistan adlı dövlətciliyin yaranmasını qərar verdilər... Və nəhayyət Azərbaycan Demokratik Respublikası ,(ADR), isə 28 may 1918-ci idə 113.9 min kv.km. ZDFR ərazisində yaradıldı. Amma əslində ADR hakimiyyəti altında 97.3 min kv.km.ərazi var idi , gürcülərlə 8.7 min kv.km. ermənilərlə isə 7.9 min kv.km.ərazi razılaşdırılmamış qalmışdı.Əhalilisi 2.862 milyon nəfər idi. Müasir Azərbaycan Dövlətinin isə ərazisi 86.6 min kv.km. təşkil edir ki, ötən 101 ildə 27.3 min kv.km.ərazini yenidən itirmişik. Daha doğrusu 1991-ci ildən ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və DQ ətrafında yerləşən 7 rayon -- 10.5 min kv.km.ərazilərimizi də bu itirilənlərin üstə gəlsək; YÜZBİR İL ƏRZİNDƏ 37.8 MİN KV.KM. ƏRAZİLƏRİ İTİRMİŞİK........Bir sözlə ZDFR adı ilə adlandırılan Əzəli Azərbaycan torpaqlarında AXC elan edilməsi ŞİMALI AZƏRBAYCANın torpaqlarının gürsülərə və ermənilərə verilməsi ilə sanki razılaşma və ya bu razılaşmaya hüquqi qüvvə verdi.Azərbaycan Xalq Cümhuriyyəti,(AXC), və ya Azərbaycan Demokratik Respublikası, (ADR), isə 23 fevral 1918-ci ildən Tiflis şəhərində fəaliyyətdə olan, Zaqafqaziya Seyminin müsəlman üzvülərinin 27 may 1918-ci ildə yaratdığı Azərbaycan Milli Şurasının ,22 aprel 1918-ci ildən yaradılmış Zaqafkaziya Demokratik Federativ Respublikasının,(ZDFR), fəaliyyətinin dayandırması əsasında , 28 may 1918-ci ildə Tiflis şəhərində elan etmişlər. Göründüyü kimi 3 Qafqaz respublikasından ən SONUNCUsu Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur. Belə ki, erməni və Gürcülər Əzəli Azərbaycan Torpaqlarımızdan KEFLƏRİ İSTƏDİYİ QƏDƏR "qapazladıqdan" sonra yerdə qalan hissəsində NALƏCLİKDƏN müsəlman "başbilənlər" osmanlı "fitçalanlar"ının göstərişi ilə AXC yaratdılar.

Osmanlıların torpaqlarımızın ÜÇ YERƏ bölünməsində danılmaz rol onamaqlarına əyani sübut demək olar ki, ilk yarandığı gündən AXC bayrağının 21 iyun 1918-ci ildən 9 noyabır 1918-ci ilə kimi ,QIRMIZI PARÇA ÜSTÜNDƏ AYPARA VƏ SƏKKİZ GUŞƏLİ ULDUZ təsvir edilmiş Osmanlı İmperiyasının bayrağının təsdiq edilərək qəbuludur....Bəli məhz Fətəli Xan Xoyskinin rəhbərliyi ilə ADR MŞ və Nazirlər kabineti 16 iyun 1918-ci ildə Tflisdən Gəncə şəhərinə köçdülər. Azərbaycan Milli ordusunu 26 iyun 1918-ci ildə yaratmaq qərarı, 30 iyul 1918-ci ildə Azərbaycan dilinin Dövlət Dili elan edilməsi və həmçinin 21 iyun 1918-ci ildə Dövlət Bayrağının yuxarıda dediyim kimi Qırmızı kətan üstdə ağ rəngli Aypara və ağ rəngli səkkiz guşəli ulduz kimi TƏSDİQ etdilər. Bəli REYAL Tarix budur. Bəli osmanlıların burnunu ingilis-rus siyasi maraqları "ovduqdan" sonra elə həmən Fətəli Xan Xoyski 09 noyabır 1918-ci ildə Yaşıl-Qırmızı-Göy rəngli və qırmızı rəngli palasanın üstə ağ rəngli aypara və səkkiz guşəli ulduz olmaqla müasir Azərbaycan bayrağını ADR rəsmi dövlət bayrağı elan etdi və 07 dekabır 1918-ci ildə yeni bayraq parlament tərəfindən təsdiq edildi Bakıda ilk dəfə Nazirlər Şurasının ,(Müasir Azərbaycan Dövlət Neft Kompaniyasının binasıdır),binası üzərində qaldırıldı. Bir sözlə ADR yaranmasından ALTI AY 9 GÜN sonra 07 dekabır 1918-ci ildə Parlament binasının üzərində məhz müasir bayrağımız Qalxmışdır.....Yadınıza salım ki, Bu üçrəngli bayrağımız 17 noyabır 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının bayrağı təsdiq edilmişdir. 05 fevral 1991-ci ildə isə, İKİ AY 19 GÜNdən sonra ,Azərbaycan Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir....
28 MAY 1918-ci İL : RUSİYA İMPERİYASI SƏRHƏDLƏRİ ÇƏRÇİVƏSİNDƏ 200 İLdən ARTIQ İŞĞALDA OLAN AZƏRBAYCAN TORPAQLARININ BÖLGÜSÜNÜN ADR TƏRƏFİNDƏN TƏSDİQLƏNMƏSİ GÜNÜ kimi erməni və gürcülərin, Şimali Azərbaycan Torpaqlarında, dövlət qurmalarının hüquqi razılaşmasının təsdiqini edən sənədi oldu.....bəli əslində bu formalirovkada 28 may 1918-ci il Qədim Azərbaycan,(6028 il Qədim tarixə malik AZƏRİAN Məmləkəti), Torpaqlarının ARAZ Çayından şimalda yerləşən ərazilərinin acı talehinin başlanğıc nöktəsindən danışmaq tam həqiqətin əks etdirir. Azərbaycanın Cənubi Qafqaz TORPAQlarının bizlərə sərf etməyən parçalanıb-bölünmə talehi daha dəqiq öz qiyymətini alır......SİMALİ AZƏRBAYCAN TORPAQLARININ BÖLGÜSÜNƏ AZƏRBAYCAN XALQININ HÜQUQİ STATUS VERMƏSİNDƏN 101 İL ÖTSƏDƏ mən əminəm ki, Azərbaycan,(AZƏRİ),MİLLƏTİ və Azərbaycan Xalqı nəyinki SİMALİ AZƏRBAYCANı, minilliklər boyu parça-parça , hissə-hissə edilən və müadir 19 Dövlətin sərhədləri çərçivəsində işğal altında olan hər bir qatış AZƏRBAYCAN(AZƏRİAN Məmləkəyi) Torpaülarını, ULU YARADANIN KÖMƏKLİYİ və YENİ NƏSİL ODLAR YURDU OĞULLARININ hesabına MÜTLƏQ AZAD EDƏRƏK YENİDƏN AZƏRİAN MƏMLƏKƏTİNİ BƏRPA EDƏCƏKLƏR..""(İBO)


19:41 27.05.2020
Xəbər lenti
Bütün xəbərlər