KANAL24.AZ
Az Iw En Ru

Əziz Yazarın “Qiyamət”ində

Azərbaycan öz siyasi kursunda İsraillə əlaqələrin genişləndirilməsi ilə yanaşı,hərbi,mədəni,kommunikasiya ,eləcə də elm və texnologiya sahəsində də əməkdaşlıq edir.Bir sözlə,istər iqtisadi,istər hərbi,istərsə də mədəni əlaqələr baxımından hər iki xalq daima bir-birinin yanında olub və bu gün də bu əlaqələrin yüksələn xətt üzrə inkişafı göz önündədir.

Qeyd edək ki,zamanla Yəhudi-Azərbaycan dostluğunu təcəssüm etdirən kitablar yazılır,müxtəlif qəzetlərdə ,jurnallarda hər iki xalqın bir-biri ilə əlaqələrindən bəhs edən məqalələr dərc olunur.Bu yaxınlarda təqdimatı keçirilən ,öz dəsti xətti ilə insanların diqqətini cəlb edən ,sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilmiş ,dünyada və Azərbaycanda janr etibarı ilə bir ilk olan, yazıçı Əziz Yazarın “Qiyamət” romanı haqqında izləyicilərimizə məlumat vermişdik.

Gerçək fantastikada bəhs edilən günümüzün reallıqları,dünyada koronavirus pandemiyasının yayılması, sərhədlərin bağlanılması,insanların özünütəcrid mərhələsinə keçməsi,ölkələr arasında əlaqələrin kəsilməsi,əhalinin yeni yaşam tərzinə uyğunlaşması hələ 2019-cu ildə Əziz Yazarın “Qiyamət”ində öz əksini tapmışdır.Kitabı oxuduqca orada olan gizlin məqamlar aydınlığa qovuşur.Ən diqqət çəkən məqam isə yazıçının romanda Yəhudi-Azərbaycan əlaqələrinə toxunmasındır.Belə ki,kitabda Yəhudilərlə bağlı məqamlar yer alıb.

Yəhudilərin bir xalq olaraq istər elm,istər tibb sahələrində, istər müasirləşən cəmiyyətdə texnoloji baxımdan üstünlükləri,yeniliklərə imza atmaları və yəhudilərlə bağlı bir çox digər gizli məqamlar öz əksini tapıb.Bu baxımdan kitabın müəllifi Əziz Yazar əsərində yəhudilərlə bağlı nüansların çoxluğunu nəzərə alaraq gerçək fantastikanın ivrit dilində tərcümə olunmasını məqsədəuyğun hesab edir. “Qiyamət” romanının ölkəmizdə işıq üzü görməsinə hərtərəfli köməklik göstərən adamı Vahid Piriyev kitabın İsraildə ivrit dilinə tərcümə edilib,nəşr olunmasında dəstək olması üçün tanınmış milyonçu,yəhudi əsilli iş adamı German Zaxaryayevə məktub ünvanlayıb.Qeyd edək ki, kitabın ivrit dilinə tərcümə edilib İsraildə təqdimat mərasiminin keçirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Ümid edirik ki,ölkəmizdə böyük səs-küy yaradan “Qiyamət” romanı tezliklə müxtəlif dillərdə tərcümə edilib dünyaya səs salacaq.

 

 Hörmətlə,Vahid Piriyev 


04:00 26.05.2020
Xəbər lenti
Bütün xəbərlər