KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI II BÖLÜM: "MÜQƏDDƏS ARTAVİL"

                                      D İ Q Q ƏT!

Azərbaycan(Azəri) Millətinin, Azərbaycan Xalqının Dəyəri layiqincə verilməyən DAHİ Ədibi Sərraf Azəribəyin "AZƏRILƏR" poemasının II Bölümünü --"Müqəddəs Artavil" sizlər üçün paylaşıram....

Zaman yaşa dolub, ötdükcə illər,
Çoxaldı Yurdumda artdı nəsillər.
ODDAN pənah uman ulu babalar,
Yaratdı torpaqdan, qurdu sobalar.

Onlar ilk təndiri icad etdilər,
Yandırıb içində, od kövrəltdilər.
Çörək bişirməyə üsul tapdılar,
Beləcə, təndirə çörək yapdılar.

Hörüb qamışlardan, süfrə saldılar,
Onda nahar edib, ləzzət aldılar.
Yerin də "təndiri" qızırdı fəqət,
Od bir gün zahirə çıxası, əlbət...

Ötdü aylar, illər... Yetişdi zaman,
Vulkan asayişə vermədi aman.
Püskürdü, torpağın sinəsi yandı,
Bundansa Savalan dağı yarandı.

Zirvəsi qar tutdu, oldu ağappaq,
Özünə "yoldaş" da tapdı iki dağ:
Biri Bağro idi, şərqdə dayandı,
Büzgüşsə cənubdan qalxdı, oyandı.

Şimaldan boy verdi Talış dağları,
Başladı Yurdumun qədim çağları...
Həyat cuşə gəldi bu əhatədə,
Düşmən Vətənimə göstərdi hədə.

İgidlər at minib, savaş açdılar,
Ətrafa şimşək tək işıq saçdılar!
Qılınclar parladı düşmənlə cəngdə,
Torpaq libas geydi qırmızı rəngdə...

Közərdi AZƏRİ qəlbi OD kimi,
Oldu polad biləklərin hakimi.
Vətən sanki nəbzlərdə döyündü,
AZƏRİAN zəfəriylə öyündü!

Elə ki qurtardı, dayandı vuruş,
Başladı abadlıq, böyük qurtuluş...
Açıldı işıqlı bir gözəl səhər,
Millət paytaxt üçün yaratdı şəhər.

Adını ARTAVİL qoydular onun,
İndisə şərh edim adın məzmunun:
"ARTA" AZƏRİCƏ müqəddəs demək,
"VİL"insə mənası: şəhər söyləmək.

Ötdükcə əsrlər təhrif oldu ad,
Yozum verdi ona neçə düşmən, yad.
Ərdəbil dedilər farslar, ərəblər,
Tapdılar cürbəcür hiylə, səbəblər!

Dilimin evini yıxdılar belə!
Elimin evini yıxdılar belə!
Təcavüz etdilər etiqadıma,
"Calayıb" özlərin paytaxt adıma...

Danmaq istədilər OD inancımı,
Fəqət duymadılar nifrət sancımı!
Qəlbim ağrıdıqca beynim də qızdı,
Sözümə, kəlməmə al qanı sızdı...

Yurdumun parçasın ağlar qoydular,
Sinəmi, könlümü dağlar qoydular!
Fars, ərəb, bir də ki alçaq osmanlı,
Qədim ARTAVİLİ qoydular qanlı!

Sızlayır bu gün də yaralı VƏTƏN,
Könlümdən, gözümdən aralı VƏTƏN...
Fəqət AZƏRİYƏM "ODLU SİLAH"AM,
Yaylım atəşimi açacağam tam!

SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)


00:58 22.05.2020
Xəbər lenti
Bütün xəbərlər