KANAL24.AZ
Az Iw En Ru

"" A Z Ə R İ L Ə R ""

 D İ Q Q Ə T!... D İ Q Q Ə T! 

Bu gündən etibarən ANSMP-nın İdeoloji Katibi Sərraf AZƏRİBƏYin 2010-2011-ci illərdə qələmə aldığı ;
"" A Z Ə R İ L Ə R ""
Poemasını ardıcıllıqla siz FB. Dostlarımızın və bütün Azərbaycan Sevərlərin oxuyub tanış olması üçün öz FB-Səhifəmdə paylaşacağam.....
Mən bu ƏVƏZSİZ MİLLİ ƏDƏBİ TARİXİMİZ İNCİSİ olan poemanın 100(YÜZ) KUPLETİNİ ƏZBƏRDƏN BİLİRƏM. Sizlər də tanış olduqca Azərbaycan(Azəri) Millətinin REAL TARİXİNİN ƏDƏBİ FƏLSƏFİ KADIRLARI SİZLƏRİN GÖZLƏRİNİZ ÖNÜNDƏ CANLANACAQDIR.... .

"AZƏRİLƏR" POEMASI
I BÖLÜM: "BAŞLANĞIC"

Uludur kainat, qədimdir cahan,
Məkanı nihandır, zamanı pünhan.
Gizli xəzinə var tarix adında,
Keçmiş bütünlüklə qalar yadında.

Minillik, yüzillik onda gizlənər,
Hadisə bir kiçik anda gizlənər.
Şahidi Yer altda həmin məqamın,
Qurar bir tarixin böyük nizamın.

Törəsə zəlzələ, püskürsə vulkan,
Sıçrayıb, bugünə çıxar həmin an.
Arayar, özünə həmdəm axtarar,
İnsanın beyninə, zehninə varar.

Orada minlərlə sual doğurar,
Düşüncə "cavab xəmiri" yoğurar.
Gümanlar bişirər onun "çörəyin",
Zəkalar bu işə qoyar ürəyin.

Yurdumda az deyil belə zəkalar,
Millət qeyrət gücün onlardan alar.
Axtarar ən qədim çağlardan bəri,
Bütün arxivlərdən salnamələri.

Yaşamış bir dahi ASİF adında,
Vətən gücə dönmüş istedadında.
Boylanmış bugündən dünənə sarı,
Gəzmiş əsrləri ömür qatarı.

Elmi bar toplayıb o, hər sənədən,
Bəhs edir adətdən və ənənədən.
Bu qədim Yurdumdan bax belə yazır:
"Elə ki, yarandı, OD oldu hazır,

İlk insan cahanda OCAQ yandırdı,
Sadəlövh əcdadın çox utandırdı...
Bişirdi, heç də çiy yemədi əti,
Dərk etdi duyğunu, zövqü, ləzzəti.

Zülməti ALOVLA öldürə bildi,
Oyandı şüuru, məni dirildi.
Həyat gündən - günə olduqca çətin,
Anladı MÜQƏDDƏS ODUN qüdrətin.

Önündə baş əydi, sitayiş etdi,
İlbəil yüksəldi, kamala yetdi.
İlk ADƏMİN ismi oldu AZƏRİ,
Tanıdı Xeyiri, tanıdı Şəri.

ALOVLA bəzəndi onun məkanı,
Oddan maya tutdu nəfəsi, canı.
Vətəninə AZƏRBAYCAN deyildi,
O, sıradan adi məkan deyildi!

Sularına Günəş seli qarışdı,
Cahan onun varlığıyla barışdı!
Bax beləcə Günəş Gölü yarandı,
Sahilində ilk insanlar arandı.

Tarix üçün min - min sübut tapıldı,
Səyahətə neçə atlar çapıldı...
Öyrənməkçün yola düşdü çinlilər,
Əcnəbilər, yadelli, yaddinlilər...

Onlar ciddi - cəhdlə artırıb səyi,
Yaratdılar böyük "SİA" mənbəyi.
Orda anlaşıldı AZƏRİ sözü:
Yəni, xoşlayanlar ALOVU, KÖZÜ...

AZƏRİAN - OD SEVƏRİN məkanı,
Bu qədim diyara söylə tay hanı?"
Bəhs edib, ilk sözü dedi o insan,
Hər sətri tarixin hədiyyəsi san!

SƏRRAF AZƏRİBƏY
13.11.2011.

                                               


21:36 18.05.2020
Xəbər lenti
Bütün xəbərlər