KANAL24.AZ
Az Iw En Ru

AY LAÇIN!.... CAN LAÇIN!

"" İstəyirəm Azərbaycanımızın Xalq Şifahi Ədəbiyyatından bir kuplet xatırlatmaqla 28 il LAÇINsız qalmış bizlərdən danışam ;

BAĞÇALARIN BARI GÜL,
YARI QÖNÇƏ, YARI GÜL,
GEC AÇILDIN, TEZ SOLDUN,
AÇMAYAYDIN BARI GÜL.
AY LAÇIN, CAN LAÇIN,
MƏN SƏNƏ QURBAN LAÇIN!

... 18 MAY 2020-ci İL : LAÇIN RAYONUnun işğalından 28 il ötür!
28 İL Əsirin dörddə birindən üç il çox olan bir dövr. Loru dildə desək bu müddət "Bir İgidin ömrü!" adlanır.... Əslində isə erməni "İgid"inin ömrü desəm daha düzgün olar, çünkü məhz o torpaqlarda məskunlaşdırılan ermənilərin törəmələri, 6029 İl millilik tarixinə malik Azərbaycan(Azəri) Milləti övladlarının ULU BABA TORPAQlarında "igidlik" edərək ", ULU BABAlarımızın AT OYNATDIQLARI TORPAQlarında 28 ildir "qatır oynadırlar"... Bəli AT yox, nəsli-kökü qarışıq olan ermənilər elə özlərinə tay-bərabəri olan qarışıq qanlı Qatır oynadırlar.....
İndi isə ardıcıllıqla Ürəyimdən keçənləri, Beynimdə dolananları, Qəlbimi sızldadanları deyim-yazım sizlər isə oxuyub öz beyninizdə fırlanan ağrılı fikirlərinizi öz-özlüyündə analiz edin....Ən əvvəl giriş üçün kiçicik bir

TARİXİ ARAYIŞ :

LAÇIN RAYONU bu gün erməni işğalında olsada Müasir Azərbaycan Dövlətinin Dünya birliyi tərəfindən tanınan ərazisi olmaqla Azərbaycanın Cənub-qərbində dağlar qoynunda yerləşən dilbər bir guşədir.1923-cü ildə şəhər statusu alan və 1926-cı ildən Laçın adını alan Laçın şəhərinin əvvəlki adı Abdallar olub.."LAÇIN" adı Türkmənistanda məskunlaşmış Azəri tayfasının adındandır. Rayonun ərazisi dəniz səviyyəsindən 700 metrdən 3600 metr arasında yüksəklikdə yerləşir. Rayonun ümumi sahəsi 1.84 min kv. km.-dir. 2019-cu iln son statistika məlumatına əsasən, Azərbaycanın digər ərazilərinə səpələnmiş 79 905 nəfər köçkün-qaçqın əhalisi var Rayonun yaşı 100 ildən çox olan 20 nəfər sakini var. Rayonun ərazisində işğala qədər bir şəhər(Laçın) , bir qəsəbə(Qayğı) və 125 kənd olub... Laçın rayonu ərazisində 92 ədəd Körpü, 33 ədəd Su anbarı, 14 ədəd Hamam, 8 ədəd Yanacaq doldurma məntəqəsi, 3 ədəd Televizya stansiyası olub.Rayonun 72 min hektar yaylaq sahəsi, 34 min hektar meşə sahəsi olub.... Laçın rayonu ərazilərimiz Rusiya İmperiyasının tərkibinə Qacarlar İmperiyası ilə Rusiya arasında ll Rusiya-İran müharibəsinin yekunu olaraq, 10 fevral 1828-ci ildə Rusiya ilə İranın bağladığı "TÜRKMƏNÇAY" Müqaviləsi əsasında, Araz çayı ara sərhədi olmaqla verilib...
P.S... Onu yadınıza salım ki, QACARLAR İmperiyası 1796-cı ildən 1925-ciə kimi paytaxtı müxtəlif illərdə Təbriz və Tehran olmaqla Azərbaycan(AZƏRİ) millətindən olan Qacarlar sülaləsinin hakimiyyətdə olduğu dövlət olub.Qacarlar imperiyasının İlk yaradıcısı və ilk ŞAHı (1971-ci idən 17 iyun 1797-ci ilə kimi) Ağa Məhəmməd şah Qaçar, (14 mart 1742-ci ildə Cənubi Azərbaycanda Cürcanda doğulub 17 iyun 1797 ŞUŞAda vəfat edib), olub. Qacarların hakimiyyət illərində imperiyaya sülalədən 7 nəfər şah rəhbər olub və sonuncu 1909-1925-ci illərdə SUlTAN ƏHMƏD, (21.01.1898-ci ildə Təbrizdə doğulub, 21 fevral 1930-cu ildə Nöyi-şür-Sendə vəfat edib), şah olub....
Qayıdaq mövzuya, Laçın rayonu 1929-cu ildən Rusiya ərazisi kimi Qarabağ əyaləti ərazisi olub,
1868-ci ildə isə yeni yaradılan ZƏNGƏZUR Qəzası ərazisi olub. Qeyd edim ki, Zəngəzur qəzası 1868-1929-cu illərdə, 6829 verst sahəsi olmaqla yaradılıb mövcud olub və Yelizavetpol(indiki Gəncə şəhəri) quberniyası ərazisinə daxil olub.1920-ci ildə Qafqazda Ermənistan Sovet Respublikası yaradıldıqdan sonra ZƏNGƏZUR qəzası ərazisi, 30 noyabr 1920-ci ildə Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə qərarı ilə, iki hissəyə bölündü ; Qafan, Meğri, Gorus, Sisyan ermənilərə verildi Laçın, Qubadlı, Zəngilan isə Azərbaycan SSR tərkibində saxlanıldı. 1900-cü ildən başlayan və 1920-ci ildə daxil erməni terroru nəticəsində Zəngəzur qəzası ərazisində 500 min nəfərdən çox Azərbaycanlı öldürülmüşdür....ermənilərlə son müharibə illərində Laçının işğalında 264 nəfər öldürülüb, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub, rayona 7,1 milyard ABŞ dolları zərər vurulub.
Hazırda rayon əhalisi Azərbaycanın 59 şəhər və rayonlarında yaşayır..... Laçın rayonunda ən hündür nöqtə Qızıl boğaz dağında 3594 m.-dir. Həkəri çayı və onun 13 qolu əsas ÇAYlarıdır. Ərazinin orta temperaturu Qışda ; - 10°+0°, yayda isə +10°+22° arasında dəyişir. Rayonun kənd təsərrüfatına ümumi yararlı torpaq sahəsi 166,5 hektardır.
.....P. S.. Yadınıza salım ki, Dağlıq Qarabağ və Ermənistan arasında olan ərazilərimizin əsirin əvvəllərində QIRMIZI KÜRDÜSTAN adlanan vaxtlarıda olub. Azərbaycan SSR-nin ərazi bölgü vahidi kimi, Azərbaycan SSR KP MK, 1921-ci ilin iyul ayından 1925-ci ilin yanvar ayına kimi, sayca l Birinci katibi Serger Mironoviç Kirovun(27 mart 1886-cı ildə doğulub 01 dekabır 1934-cü ildə vəfat edib) 21 iyun 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin iclasında, təklifi ilə yaradılıb. Sənədlərdə adı "Kürdüstan qəzası", rus dilində "Красный Курдистан" və Kürd dilində "Köрдьстана Сор" adlanmaqla Laçın, Kəlbəcər, Qoturlu, Qaraqışlaq, Qubadlı, Kürdhacı, Muradxanlı əhadə edirdi. İlk paytaxtı Laçın rayonu ərazisində yerləşən Pircahan kəndi olub, sonra isə Laçının özü olub.Kürdüstan qəzasının İcrayə Komutəsinin ilk Sədiri və Azərbaycan SSR-nin Baş Prokuroru Hacıyev Hüsü Hüseyinəli oğlu(1897 - ci ildə Şuşada anadan olub və 1931-ci ildə Bakıda vəfat edib.) olub. Əhalisi 51426 nəfər təşkil edirdi. Etnik milli tərkibi Kürdlər 37182 nəfər, Azərbaycanlılar 13745 nəfər, erməni 373 dənə, ruslar 81 nəfər, ukraynalılar 20 nəfər və s. ibarət idi. Qeyd edim ki, Türkmənçay müqaviləsi bağlanandan sonra İran və Osmanlı işğalında qalan ƏZƏLİ Azərbaycan torpaqlarından köçürülüb gətirilən kürdlərin sayı 70 min nəfər idisə onlardan 37 min nəfər bu ərazilərdə məsgunlaşdırılmışdılar. SSRİ daxilində ərazi vahidlərinin dəyişdirilməsi ilə əlaqədar 08 aprel 1929-cu ildə Azərbaycan SSR ərazi bölgü vahidi "Kürdüstan qəzası" ləğv edilmişdir. İran və Osmaniyyə Rus imperiyasına uduzduqları Azərbaycan ərazilərinə öz əllərində saxladıqları Azərbaycan ərazilərindən, öz başlarından etmək üçün, yalnız 1813-1830-cu illərdə 400-700 min dənədən çox erməni və 170 min nəfər kürd millətlərin dən olan insanları Araz çayının şimalında olan və Rus imperiyasının işğalına verdikləri torpaqlarımıza köçürmüşlər....
Dağlıq Qarabağ və ətraf ərazilərimiz Ermənistan qoşunları tərəfindən işğal edildikdən sonra bu ərazilərimizdə bir nəfər belə azərbaycanlı yaşamır. Ötən 28 il ərzində isə, daha doğrusu 2015-ci il məlumatına əsasən İşğal olunmuş Laçın rayonu ərazisinə 13 min dənə, Dağlıq Qarabağ ərazisinə 8500 dənə, Kəlbəcərə 700 dənə, Zəngilana 520 dənə, Cəbrayıla 280 dənə, ümumilikdə işğal altında olan ərazilərimizə 23 min dənə erməni köçürülüb məskunlaşdırılmışdır....Yeri gəlmişkən yadınıza salım ki, Ermənistandan qovulanlar və Azərbaycana qaçanların sayı 350 min nəfər, Azərbaycanın daxilində işğal olunmuş ərazilərdən köçgün düşənlərin sayı 789 min nəfər, Orta Asiyadan qaçqınlar(Axısxa türkləri) 60 min nəfər olub. Bu isə ümumi sayda 1.201.000.nəfər didərgin, köçgün, qaçqını olan ölkəyə çevirib Azərbaycanımızın....
P. S.... Qeyd edim ki, əslən
LAÇIN Rayonundan olan yüzlərlə tanınmış şəxslər var. Bu insanlardan 5-10 nəfərini sizlərin nəzərinizə çatdırım :
1. SARI AŞIQ - Dünya şöhrətli aşığımız, XVII əsirdə Qaradağlı kəndində doğulub və XVII əsirdə də vəfat edib və Laçında dəfin edilib.
2.QARA MURTUZA Bəy. XVlll Əsirdə yaşamış Pənahəli xan Sarıcalı-Cavanşirin dostu və Sərkərdəsi olub.
3.Sovet İttifaqı Qəhrəmanı : Baş Çavuş VERDİYEV ƏVƏZ HƏŞİM oğlu.1916-doğulub 01 May 1945 vəfat edib. Polşanın Boleslaveş şəhərində dəfn edilib. 23 sentiyabır 1944-cü ildə "LENİN" ordeni və "Qızıl Ulduz" medalı verilmiş Sovet İttifaqı Qəhramanı adını almışdır.
4.FİRUDİN Bəy DƏRYALI . 1900-cu ildə doğulub. 1989-cu ildə vəfat edib. Türkiyə Ordu Generalı olub.
5.CAVADOV RÖVŞƏN BƏXTİYAR oğlu. 19.10.1951 doğulub 17 mart 1995 vəfat edib. 10 fevral 1993-cü ildən 15 mart 1995-ci ilə kimi Azərbaycan DİN müavini olub.
Laçın rayonundan olan və son ermənistan Azərbaycan müharibəsində Azərbaycanın Milli Qəhrəmanı adına 6 nəfər Laçınlı layiq görülmüş VƏTƏNQURBANLARlmız :
1.Eyvazov Qorxmaz Abış oğlu. Doğulub 01.04.1967.Güləbird kəndində , 10.02.1994 Cocuq Mərcanlı, Cəbrayıl rayonu vəfat edib.
2.Güləliyev Oqtay Güləli oğlu. Doğulub Xaçınyalı kəndində 10.11.1962. vəfat edib 11.10.1992 Laçında.
3.Nəsibov Kamil Balədə oğlu. 08.10.1946-cı ildə Bozlu kəndində doğulub və 29 iyun 1992-ci ildə Laçında vəfat edib.
4.Şahverdiyev İsrafil Şahverdi oğlu. 11.06.1952-ci ildə Unannovu kəndində doğulub 13.01.1994-cü ildə Fizulu rayonunda vəfat edib.
5.Mehtiyev Fazil Umud oğlu. 20.08.1966-cı ildə Ələkçi kəndində doğulub, 24 sentiyabır 1991-ci ildə Gülablı kəndi, Ağdam rayonunda vəfat edib.
6.Novruzov Ələsgər Xanlar oğlu. 01.08.1949-cu ildə Kürdhacı kəndində doğulub, 26 fevral 1992-ci ildə Xocalıda vəfat edib........
Bütün bu bəlaların bünövrəsində duran əsas SƏBƏB, Azərbaycanda Əhalinin milli mənşəyi və etnik tərkibi nəzərə alınmaqla Torpaqlarımız daxilində yerləşdirilib-məskunlaşdırılmasında, 1900-cü ildən 2020-ci ilə kimi, 120 il ərzində Daxili Milli Siyasətin demək olar ki, YOX dərəcəsində olmasıdır. Heç bir dövürdə Milli azlıqların Azərbaycanın əzəli və ilk sakinləri olan Azərbaycan(Azəri) Milləti ilə "qarışıb-qaynaması", assimilyasiyası PLANLARI olmayıb və bu istiqamətdə zəruri qabaqlayıcı işlər edilməyib. Dediklərimi sadələşdirir aydınlıq gətirmək üçün Ardıcıllıqla baxaq ; Azərbaycan SSR dövründə nə səbəbdən Dağlıq Qarabağ Muxtar Respublikasına digər ərazilərdən Bakıya, Sumqayıta, Gəncəyə axıb gələn gənclər planlı şəkildə YERLƏŞDİRİLMƏYİB??!! Məgər olmazdımı ki, vaxtında Xankəndində, Xocalıya, Hadruta, Xocavəndə Azərbaycanlıları MƏCBURİ olsa belə yerləşdirməklə ermənilərin "azərbaycanlaşdırılması" siyasəti yeridiləydi və ya erməni millətindən olan "nankor" vətəndaşlarımız sıxışdırılaraq Ermənistana baş götürüb getmələrinə vadar ediləydilər?! Axı Ermənistan rəhbərliyi SSRİ Dövlətinin mövcudluğu vaxtlarında ilbə il Azərbaycanlıları sıxışdıraraq Ermənistanı tərk etdirmək siyasəti yeridərək məqsədyönlü daxili siyasət aparıblar!!! Səksəninci illərin sonunda
Azərbaycan SSR rəhbərləri niyə Ermənistandan qovulanları DQMR və ətraf ərazilərə yerləşdirmədilər?! Son 30 il müstəqil Azərbaycan dövlətinin rəhbərləri nədən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl məcburi köçkünlərini Bakı, Sumqayıt, Gəncə şəhərlərinə deyil NAXÇIVANA, LƏNKƏRAN ZONASINA, QUSAR-QUBA ZONASINA QAX-ZAKATALA-BALAKƏN ZONALARINA, elementar məişət şəraiti düzəltməklə YERLƏŞDİRMƏDİLƏR??!!. Məgər Dağ rayonu köçkünlərimiz digər Dağ rayonlarında yerləşdirilib, öz ata-baba işləri, peşələri olan Kənd Təsərrüfatı və heyvandarlıqla məşqul ola bilməzdilərmi.??! MEHTİABAD, NASOSNU, MASAZIR və s. və s.. QAÇQIN QƏSƏBƏLƏRİ xalqa, köçkün ailələrinə NƏ VERİR? Çayxanalarda, Bazarlara bu zavallı köçkün övladlarını DOLDURMAQ əvəzinə olmazdımı Azərbaycanın gələcəkdə qarşılaşa biləcəkləri Talış, Tat, Ləzgi və s. Problemlərinin yaranmaması üçün həmən bölgələrdə yerləşdirilib və yerli əhali ilə QAYNAYIB-QARIŞAYDILAR!!!??. İndi özünüz deyin mənə, Varmı Azərbaycanda Daxili milli məskunlaşma siyasəti?! Axı ötən 30 ildə bu dediklərimi etməyə heç kim Azərbaycan hakimiyyətinə mane olmayıb!! Nəyi gözləyirik.? Bəlkə Naxçıvanlılar gətirib Masazırda QURTULUŞ, YENİ BAKI, ZƏNGİLAN, və s. Qəsəbələrə doldurub NAXÇIVANI BOŞALTMAYAQ??!! Nazçıvan bizlərə boş torpaq kimi yox Azərbaycanlıların firavan yaşadıqları məkan kimi daha çox Lazımdır!!! Axı düşmən erməni, fars, osmaniyyə(türk) elə bunu istəyir! Bizlər ancaq İran dövləti cənub zonasını Talışıstan dövləti cəfəngiyyatı ilə, Quba zonasını, Qax zonasını Ləzgistan cəfəngiyyatı ilə Rusiya üstümüzə qaldıranda ayılmalıyıq?!?! Olmazmı QARDAŞ Talış, ləzgi, Tat, Avar, Gürcü və s. millətlərlə Azərbaycan(Azəri) millətindən olanlar və Azərbaycanlılar QAYNIYIB QARIŞA və möhkəm və yenilməz Azərbaycan XALQI yarana və milli çəkişmələr, parçalanmalar YOX edilə?!?! Bu gün kim bizim "başbilənlərimizə" mane olur MİLLİ BİRLİYİ möhkəm təməllər əsasında qura!, KİM mane olur bizim məmurlara?!?!. Boş-boş havıya sovrulan NEFT DOLLARINI Daxili milli DOSTluğun Yenilməzliyinə yönəltməyin vaxtı 30 ildir çatıb. AYIL AZƏRBAYCAN! , OYAN qəflət yuxusunda mışıl-mışıl yatan HAKİMİYYƏT!. Neçəki gec deyil, neçəki siyasi sabitlikdir azsaylı millətlərin QAYNIYIB QARIŞMASI ən ümdə vəzifəmiz olmalıdır!....
Azərbaycan ötən 29 ildə köçkün və qaçqınları Bakıya, Sumqayıtda "dolduranda" bəyənmədiyimiz ermənilər isə işğal etdiklərim Dağlıq Qarabağ(DQ) və Ətraf Ərazilərimizdə(ƏƏ) özlərinə "Artsah" adlı ikinci bir erməni dövləti qurmaqdadırlar.Özlərinə guya 02 sentiyabır 1991-ci ildə Azərbaycan SSR-dən müstəqillik qazanan ermənilər ümumilikdə DQ+ƏƏ =11,5 min kv. km. "Artsah dövləti" qurmağa 29 ildir davam edirlər və bizim torpaqlarımıza Suriyadan, Livandan, Türkiyədən, İrandan bir sözlə hər dərmə-deşikdən ermənilər köçürüb, Şərayit qurub, can yandırıb Məskunlaşdırırlar. Baxmayaraq ki, nə NEFTləri, nə QAZları var. Təsəvvür edirsinizmi 2015 il "Artsah" statistikasına əsasən 151 min erməni "doldurublar", biz oğulları yatmış ANA torpaqlarımıza! DQ və ƏƏ ərazilərimiz inzibati bölgü edilməklə və qədim yer adları dəyişdirilməklə, xəritələr hazırlanır və yeni dünyaya tanıdılar. Belə ki, "Artsah" 7 dənə inzibati hissəyə bölünüb : 1.Şəmkir(şaumyan),mərkəzi Kəlbəcər(karvaçar) olmaqla 1.Xocavənd(mardakert),3.Əskəran,4.Ağdərə(Martuni),5.Hadrut,6.Şuşa,7.Laçın(Kaşataq) mərkəzi Laçın(berdzor).. Ən acınacaqlısı isə "Artsah" başbilənləri Şəmkirin, Ağdərə in, Xocavəndin bəzi ərazilərinin Azərbaycanın işğalında olması iddiası ilə tələblər irəli sürürlər. ...Hətda "Artsah dövləti"nin İrəvanda, Maskvada, Vaşinqtonda, Parisdə, Sidneydə, Podstamda, Beyrutda daimi nümayəndəlikləri olduğu halda bizlər isə Toylarda, Şənliklərdə, KEF MƏCLİSLƏRİNDƏ ""ARZUM BUDUR BELƏ BİR MƏCLİS GƏLƏN İL QARABAGIMIZDA OLSUN!"" deyərək "atılıb-düşürük"!!! ..... Nəhayət məlumatınız olsun ki,2006-cı ildən tikintisi aparılan və 16 dekabır 2011-ci ildə tikintisi başa çatdırılmış Ağcabədi rayonunun ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün , 552 Ailəlik "Taxta körpü" adlanan qəsəbə salınıb. Qəsəbədə 49 ədəd 1 otaqlı, 194 ədəd 2 otaqlı, 237 ədəd 3 otaqlı, 72 ədəd 4 otaqlı mənzil tikilib. Həmçinin qəsəbədə 50 yerlik 1 ədəd uşaq bağçası, 360 yerlik ll mərtəbəli orta məktəb, 1 ədəd tibb obyekti, 1 ədəd inzibati bina, 2 ədəd Su anbarı inşa edilmişdir....
Hörmətli Laçın camaatı ULU YARADAN sizlərə bu dözülməz qaçqınlıq həyatınızda kömək olsun!!! ""
-(İBO)-


05:16 17.05.2020
Xəbər lenti
Bütün xəbərlər