KANAL24.AZ
Az Iw En Ru

Hər günün bir hökmü var

Hər günün bir hökmü var .Bütün intihar edən insanların da sabahı açılmışdı .Onlar da bu sabahdan nəsə gözləyirdi .Bir söz, qorxmadan,heç susmadan ,bəlkə də öldürən, bəlkə də yaşadan, .Həmin o söz ki,Düşünməyə vadar edərdi .Amma deyilmədi
.Mən hətta düşmənimi də bu sözdən məhrum etməzdim .Təki bir insan hardasa yaşasın .Əvvəla hər kəsə uzaqdan yanaşmaq lazım .

Bir insana ürəyinizdən bir guşə ayırmayın .Bilmədən qatiliniz olur bilməzsiz, xəbəriniz olmaz misalı.Bu dünya Qadın, kişi münasibətindən ibarət deyil.Birinci bu düşüncənizdən təmizlənin .İkinci də budur ki Mən sizin kimi fikriləşmək məcburiyyətində deyiləm.Hər insan öz düşüncəsinin nəticəsidir . Mənim üçün insan var.Onun qadın ,kişi olması sonranın işidir .Hər insanın kökündə onun ailə kodu var .Yaxşı adam bildiyinin ömrün ortasında bir axmaq addımı ,hərəkəti onun zatında olan qırıqlığa işarədir .Ona görə də nə olsa belə insan qal,özün qal .Bu movzu əsas mövzu deyil.Məni düşündürən başqa bir nəticə var .
.Heç bir riyakardan yaradıcı şəxsiyyət ola bilməz.İncəsənətin bütün növlərinə cəmiyyətdə cahil düşüncə formalaşıb.Aktyorluq etmə ,Əşşi bu artistdik edir ,klounluq edirsən ,Mütriflik oxumusan ,Ədəbiyyata Şairsənsə dəlisən. ,Bİr sürü basqı ,bir sürü mənəvi zülm .Daxili azadlığı olmayan insan İncəsənətin nə olduğunu heç bir zaman anlaya bilməz .İncsənət Azadlıqdır .İncəsənət heç bir quyuya sığmayan bir teşnədir .Orda nadana yer yoxdur .Çünki Üzdədir . .Aktyor bütün sahələri mükəmməl bilməli ,hər gün öz biliyi üzərində çalışmalıdır .Çünki o bilim adamını ,O həkimi ,O müəllimi ,O cahili yaradıb səhnəyə gətirəndir .Şairlik dəliliyə yaxın (nevroz )yaxın bir haldır .Amma Dəlilik ,divanəılik deyil.Əsla.Şeir bir ahdır yaşanmaya da bilir .Daxili ahdır.Şailr yazdlıqları hissləi yaşayacaq qədər azad və divanədir.Şairi incitmək olmaz .Onun təbi qanadndadır.Heç bir şair daxili gücünün alındığı dövür xoşbəxt ola bilmir .Şairlər ailədə çox xoşbəxt olurlar .Allah həmişə onlara həlim Həyat yoldaşı ,gözəl övladıar yetirir ,şair şəxsiyyəti onun yazdığı deyil,yazmadığıdır.
Düzdür istisnalar var .Ailədə qala bilməıyib gedən şairlər də olub ,tarixən də olub ,indi də .Yalnız biz intihar edən şairi də anlamalıyıq .Bİz ümumiyyətlə Cəmiyyətin bu saf təbəqəsini sevməliyik ,daşlamalı deyilik.Cəmiyət onları əzərsə , .O daxili azadlığın məhv olmağıdır .
Bu baxımdan belə bir nəticəyə gəlirik ki, Cəmiyyət hələ də sənət adamı ,sənətkar anlayışı,zəif ,güclü Arasında fərq nədir .Bütün bunları tam şəkildə anıamır .Cəmiyyətimiz hələ o zirvəyə gəib çatmayıb .Əşya aşıqliyində qalıb ,İnsan düşmənliyindən əl çəkmir.Ümumilikdə ağıllı görünmür .Çoxluq rəngini dəyişə bilməyib .M.Ə.Sabirin dövründən boz rəngdədir.Nənəxanım düşüncə Cəmiyyətin özəyidir .Bir qrup yalquzaq kimi düşünən qalıb .Harda tapsan yapışırsan yaxasından ki getməsin , Bir kəlmə adam sözü eşidəsən. .İnsanın özündən o yana getdiyi yol yoxdur .Özünüzü inkşaf etdirin .Özünüzü yaradln .Yanınızda olanı bir səhvindən dar ağacından asmayın.,Özünü və yaxınını yarat .Bu vətən sənin,Toplum sənin ,bəsdir özünə güldün ,Lağlağı yaxşıdlr amma yaxşı gündə .Bəzən xoşbəxtlıiyi bütün ruhunla duymaq üçün dibə qədər enmək lazımdır .Nə olursan ol İnsanlığını ,mənəviyyatını ,Mənliyini unutma .Qalanı da sənin əlində.Özünə və yaxın ətrafına kömək et ,əlindən tut qaldır .İnsanlıq et .Səhər açıldı .Günəşdən öncə oyan. hərə çox yox bir yaxşılıq etsin .Xoş söz də yaxşılıqdır..
A.F


04:45 17.05.2020
Xəbər lenti
Bütün xəbərlər