KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı futbolçu hava limanında qalıb: “Bakıya reys yoxdur”

“Çempionat dayanıb. Hamı öz evinə gedib. Mən də Bakıya qayıtmaq istəyirəm”.

Bu sözləri matc.az saytına Bosniya və Herseqovinanın “Çelik” klubunda çıxış edən futbolçu Elvin Yunuszadə deyib: 

“Çox şükür, sağlamlığımda problem yoxdur. Artıq bir gündür hava limanında qalmışam. Bakıya reys yoxdur. Məcbur İstanbulda qalacağam”.

Qeyd edək ki, millimizin sabiq üzvü “Çelik” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.


18:15 19.03.2020
Xəbər lenti
Bütün xəbərlər