KANAL24.AZ
Az Iw En Ru

İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Ruslan Abışov komissiya üzvü oldu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılarımızla əməkdaşlığı tam yeni müstəviyə çıxararaq, İdmançılar Məsləhətçi Komissiyasını təsis edib.

ölkə idmanının müxtəlif sahələrindən idmançıları özündə cəmləşdirən komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.  

Tərkibi təsdiqlənən komissiya 12 idmançıdan ibarətdir. Qeyd olunan idmançıların 10-u respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər, ikisi isə açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından seçilənlərdir.

Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsiplərinə əməl olunub. İdmanın müxtəlif sahələrinin nümayəndələrinin təmsil olunduğu İdmançılar Məsləhətçi Komissiyasının tərkibini aşağıdakı idmançılar təşkil edir:

Açıq elan əsasında üzv seçilən idmançılar

İlham Zəkiyev – Para-Cüdo 

Hacı Əliyev – Güləş 

Respublika idman federasiyaları tərəfindən seçilən idmançılar

Rəsul Çunayev – Güləş

Fəridə Əliyeva – Karate   

Fuad Qurbanov – Atıcılıq   

Aynur Məmmədova – Para-Taekvando 

Nazim Babayev – Atletika 

Ayan Xankişiyeva – Velosiped 

Siyana Vasilyeva – Gimnastika 

Kamran Şahsuvarlı – Boks   

Rüstəm Orucov – Cüdo   

Ruslan Abışov – Futbol   

Qeyd edək ki, komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.


23:12 18.03.2020
Xəbər lenti
Bütün xəbərlər