KANAL24.AZ
Az Iw En Ru

UFC üç yarışını təxirə saldı

UFC koronavirus pandemiyası üzündən növbəti üç yarışını təxirə salıb.

MMA təşkilatının prezidenti Deyna Vayt 21 martda Londonda, 28 martda Kolambusda və 11 apreldə Portlənd şəhərində keçirilməli olan UFC yarışlarının təxirə salındığını açıqlayıb. Qərar Ağ Evin ABŞ-da 10-dan çox insanın toplaşmamasına dair tövsiyəsi əsasında qəbul edilib.

Martın 14-də Braziliyadakı yarış azarkeşsiz keçiriləcək. Ancaq aprelin 18-də Həbib Nurməhəmmədovla Toni Ferqyusonun Nyu-Yorkda baş tutmalı UFC-249 döyüş gecəsi haqda qərar dəyişdirilməyib.

Deyna Vayt bildirib ki, həmin görüşədək ABŞ-dakı qadağanın aradan qaldırılacağına ümid edir. Ən pis halda bu döyüşü azarkeşsiz keçirəcəklərini və ya məkanı dəyişə biləcəklərini qeyd edib.


19:04 17.03.2020
Xəbər lenti
Bütün xəbərlər