KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı Əməkdar məşqçi: “Maşınıma spirt qoymuşam, maska da taxıram”

“İşlədiyim “Sabah” klubunda bütün məşqlər martın 15-dən dayandırılıb. Bu səbəbdən futbolçular məşqlərə gəlmir. Mən də işlə bağlı bəzən Akademiyaya baş çəkirəm”.

Bunu  “Sabah” Futbol Akademiyasının koordinatoru Təbriz Həsənov bildirib.

O bildirib ki, koronavirusla bağlı preventiv tədbirləri ev şəraitində görür: 

“İki övladım var. Hər ikisi tələbədir. Universitetlər bağlandığı üçün onlar çox yerə getmirlər. Maşınımda spirt var. Əllərimizi spirtlə tez-tez təmizləyirik. Evdən bayıra çıxanda qoruyucu maskadan istifadə edirik. İnsanlar artıq virusun təhlükəsini hiss etdiyindən, əvvəlki tək maskadan istifadə edənlərə pis baxmırlar”.

Yeri gəlmişkən, martın 4-də Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adını alan T.Həsənov bu məsələyə də münasibət bildirdi:

“52 yaşımda bu ada yiyələndim. Düşünmürəm ki, gec yaşda Əməkdar məşqçi oldum. Əksinə, yaxşı vaxtımda bu ada sahib çıxdım. Məni bu fəxri ada layiq görənlərə təşəkkürümü bildirirəm”.  


18:53 17.03.2020
Xəbər lenti
Bütün xəbərlər