KANAL24.AZ
Az Iw En Ru

Futbol millimizin “cırtdan”larla oyunları ləğv olundu

Futbol millimizin Maltada keçirəcəyi təlim-məşq toplanışı, həmin ölkə və Lixtenşteyn yığma komandaları ilə keçirəcəyi yoldaşlıq oyunları ləğv olunub.

Buna səbəb son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVID-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olmasıdır. 

Məhz bu səbəbdən komanda üzvlərinin və nümayəndə heyətinin virusa yoluxma ehtimalının qarşısının alınması məqsədilə Azərbaycan yığma komandasının Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Lixtenşteyn və Malta milliləri ilə keçiriləcək yoldaşlıq oyunları baş tutmayacaq. 

Bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilb.

Qeyd edək ki, Malta adasındakı təlim-məşq toplanışı 23-31 mart tarixlərində baş tutmalı idi. Komandamız martın 26-da Lixtenşteynlə, 30-da isə meydan sahibləri ilə gücünü sınamalı idi.


17:40 12.03.2020
Xəbər lenti
Bütün xəbərlər