KANAL24.AZ
Az Iw En Ru

BÜTÜN DÜNYANIN "KOR-KAR" OLDUĞU AZƏRBAYCANLILARIN SOYQIRIMI

 Mövzuya hər birimizin yaxşı tanış olduğu, siyasətçilərin və adi insanların bar-bar "bağırdıqları" Siyasi termini yadınıza salmaqla başlamaq istərdim : "Bir qarış vətən torpağından belə keçmərik!" Bəhs reallıqda nəticə necədir?!. Çox maraqlıdır ki, hətda Dövlətin rəsmi məlumatlarında belə Azərbaycan dövlətinə məxsus olan və beynəlxalq qurumların qəbul etdiyi rəsmi sənədlərdə belə Azərbaycanın müasir Ermənistanın sərhədləri daxilində olan, Eksklavı olan, ərazilərimizin adları çəkilmir. ermənistan adlanan "dövlət"in sərhədləri çərçivəsində ÜÇ Eksklav ərazimiz işğaldadır ;
1. YUXARI ƏSKİPARA( bu ad yəni "Köhnə hissə", "Köhnə kənd" mənsın verir) Kəndimizi 08 iyun 1992-ci ildən ermənilər işğal edib. Bu kənddə 279 nəfər əhali olub, ərazisi isə 8,6 kv. km. olub.
2.BARXUDARLI 27 aprel 1992-ci ildən işğalda olan kəndimiz. Əhalisi - 420 nəfər, Ərazisi - 3,2 kv. km. BARXUDAR kəndinin adı Səfəvilər imperiyası dövründə yaşamış ən məhşur toptökmə ustası olmuş, "topçubaşı" ləqəbi və vəzifəsi olan Bərxudarın adındandır. Bu kəndin bünövrəsi ilk sakinləri Bərxudarın ailəsi və nəsilləri tərəfindən qoyulub.
3.KƏRKİ kəndi -- Azərbaycanın, NMR - nın Sədərək rayonunun Ermənistan ərazisində yerləşən Eksklavıdır. 23 iyul 1990-cı ildən işğaldadır. Sahəsi 19 kv. km. Bu kənd NMR ermənilər tərəfindən yeganə işğal olunmuş kəndidir.
...P.S...."EKSKLAV" --Yunan("-dan, - dən" ) və Latın("açar") sözlərinin birləşməsindən əmələ gəlmiş Öz ölkəsinin sərhədlərindən kənarda yerləşən ancaq inzibati cəhətdən öz ölkəsinə tabe olan ərazi mənası verməklə tamamilə digər dövlətlərin və ya bir dövlətin sərhədləri ilə əhatə olunan region deməkdir. Dənizə çıxışı olan Eksklav ərazilər isə "Yarım eksklav" adlanır. Eksklavın əhatə olunduğu, yerləşdiyi dövlətin ərazisində isə eksklav "ANKLAV" (İngilis dilindən "Enclave") adlanır. Misal üçün : İtaliyada San-Marino və Vatikan, Cənubi Afrika Respublikasında Lesoto və Esvatini və s. Anklavlardır....
... Ümumilikdə 285 nəfər Vətən qurbanları(şəhid) və 7 nəfər Milli Qəhramanı olan Qazax rayonunun hal hazırda sərhədyanı 13 kəndindən 5 ermənilərin daima atəşi altında olmaqla YEDDİ kəndi -- Yuxarı və aşağı Əskipara(08.06.1992-ci ildən) , Barxudarlı(27.04.1992-ci ildən) , Aşağı Əskipara(14.06.1992-ci ildən) , Qızılhacılı(11.05.1992-ci ildən) , Xeyrimli(08.03.1992-ci ildən), Sofulu(27.04.1992-ci ildən), Bağanis Ayrım(24.03.1990-cı ildən) kəndləri ermənilərin işğalı altındadır. Onuda yadınıza salım ki, Bağanis Ayrım kəndindinin işğalı zamanı Dədəş Əsliyevin 4 nəfərdən ibarət ailə üzvləri və 3 nəfər kənd sakinləri ermənilər tərəfindən diri-diri yandırılıb. Bəli gördüyünüz kimi ÜÇ Eksklavın ümumi sahəsi 8,6+3,2+19,0=30 kv. km. ərazimiz Ermənistanın dövlət sərhədləri çərçivəsinə salınıb, amma bizlər yalnız Dağlıq Qarabağ("DQ" ) və "DQ" Ətrafı 7 Rayonun("DQƏR" ) işğalından danışırıq...
Hər birimizə planlı şəkildə və ya təsadüfən tam olmayan Siyasi Bilgilər aşılanır. Azərbaycan əhalisinin bəlkədə 70-80% Ermənistanın daxilində olan Azərbaycanın 3 eksklavından xəbərsizdir. Ancaq işğaldan söhbət gedəndə yalnız tamamilə işğal olunmuş 5 rayonlardan (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı) və rayon mərkəzləri işğalda olan, kiçik ərazilərinə bizlərin nəzarət etdiyi (Cəbrayıl, Fizuli,Ağdam) 3 rayondan, ümumilikdə isə 7 rayondan danışılır. İlk olaraq Dağlıq Qarabağ haqqında qısaca bir tarixi arayış:
TARİXİ ARAYIŞ :
"" "" "" "" "" "" "" "" "" ""
QARABAĞ XANLIĞI 1747-ci ildə Cavanşirlər sülaləsindən olan Pənahəli xan(İbrahimxəlil ağa Cavanşirin və Qızlarbəyim Bəyimin ailəsində 1693-cü ildə doğulub.1763-cü ildə vəfat edib. Ağdam rayonu ərazisində dəfin edilib )tərəfindən Naxçıvan, Cavad, Şəki, Gəncə, İrəvan, Şamaxı xanlıqları ilə həmsərhəd olan Araz çayından Göyçə gölünə qədər, Tərtər çayından bütün düzənlikləri, Zəngəzuru, Bərgüşadı, Dağlıq Qarabağı, Mehri, Tatev, Sisyan daxil ümumilikdə 17,0 min kv. km. ərazidə yaradılmışdır. Xanlığın ərazisində 15.729 ədəd azərbaycanlı ailəsi, 4366 dənə isə erməni ailəsi yaşamışdır. Bu xanlıq 1822-ci ilə kimi mövcud olmuşdur. İlk paytaxtı indiki Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində yerləşən Bayat qalası(1747-1751)olub.İkinci paytaxtı indiki Ağdam rayonunun ərazisində yerləşən Şahbulaq qalası(1751/52) olub. Üçüncü paytaxtı isə 1752-1822 illərdə,Suşakənd yaxınlığında Pənahabad və ya Şuşa adlandırılan qala, müasir Şuşa rayonu ərazisində, paytaxtı olmuşdur.... Pənahəli xanın vəfatından sonra oğlu İbrahimxəlil xan hakimiyyətə gəldi. Qacarların birinci şahı Ağa Məhəmməd şah Qacar(İran, Cürcanda 14.03.1742 doğulub.-17.07.1797 Şuşada öldürülüb və İranda Nəcəfdə dəfin edilib) Qarabağa iki dəfə 1795 və 1797-ci ildə hüçum edib və 1797-ci ildə Şuşa qalasını ələ keçirdi. Onu Şuşada qətlə yetirəndən sonra İbrahimxəlil xan hakimiyyətin bərpa etdikdən sonra 1805-ci ildə Rusiya generalı Sisyanovla(20.09.1754.Moskvada doğulub, 20.02.1806-cı ildə Bakıda sui-qəsd nəticəsində vəfat edib və Tiflisdə dəfin edilib.) Kürəkçay müqaviləsi bağlamaqla Qarabağ xanlığını Rus imperiyasının tərkibinə birləşdirdi...P.S..KÜRƏKÇAY Müqaviləsi. 14 May 1805-ci ildə Yelizavetopol dairəsində, Kürəkçay yaxınlığında Şəki və Qarabağ xanlıqlarının Rusiya imperiyasına birləşdirilməsi haqqında İbrahimxəlil və Sisyanov tərəfindən imzalanıb......
Dağlıq Qarabağ Muxtar Vilayəti("DQMV") SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycan SSRİ-nin 4.4 min kv. km.ərazisində 07 iyul 1923-cü ildə yaradılıb və 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə bu inzibati ərazi vahidi ləğv edilib. Paytaxt şəhəri Xankəndi(06 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Kommutəsinin qərarı ilə adı dəyişdirilərək Stepan Şaumyanın "şərəfinə" ,,Stepanakert" adlandırıldı. 1991-ci ildən yenidən Xankəndi adı bərpa edilib. )şəhəridir.Əvvəllər "DQMV" adlanan inzibati idarə etmə qurumuna daxil olan İri rayon mərkəzləri : Ağdərə rayonu (rayon 8 avqust 1930-cu ildə yaranıb, 10 sentiyabır 1939-cu ilə kimi adı "Cerabet", 1939/91-ci illər "Mardakert", 1992-ci ildən köhnə daı Ağdərə adı bərpa edilib.) .XOCALI rayonu (Xocalı rayonu 26 noyabr 1991-ci ildə keçmiş "Əsgəran" rayonunun bazasında yaradılıb. Ərazisi 936 kv. km. Əhalisi 27500 nəfərdir.). Xocavənd rayonu( 1992-ci ilə kimi "Martuni" rayonu adlanıb). HADRUT rayonu(ilk adı 1923-cü ilədək "Ağoğlan" olub. 26 noyabr 1991-ci ildən rayon statusu ləğv edilərək Xocavənd rayonunun ərazisinə birləşdirilib.)
Şuşa rayonu(08 avqust 1930-cu ildə yaradılıb.Ərazisi 289 kv. km., Əhalisi 32800 nəfər. 8 May 1992-ci ildən ermənilərin işğalındadır).
1989-cu il məlumatlarına əsasən "DQ"-da (həmin illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti "DQMV" adlanırdı) 145.403 dənə erməni, 40.316 nəfər Azərbaycanlı və 2050 nəfər başqa millətlərə olan əhali yaşayırdı.....
...... "DQMV" aid olan 6 rayondan[Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Şuşa və Hadrut] yalnız Şuşa rayonunda 18679 nəfər azərbaycanlı olmaqla 1430 dənə erməni yaşayırdı. Digərlər rayonlarda isə ermənilər planlı şəkildə, süni olmaqla məskunlaşdırılmışdı və yerli əhalinin əksəriyyətini təşkil edirdi. Sual olunur : Azərbaycanın tərkibində olan "DQMV"- ndə azərbaycanlıların say azlığını o vaxtkı respublika rəhbərləri görmürdülərmi?! , Kimlər onlara bu dezbalansı tənzimləməyə mane olurdu?! , Məgər milyonlarla sayda olan azərbaycanlı əhalini bu "erməniləşdirilən" rayonlarımıza köçürüb, şərayit yaradıb məskunlaşdırmaq olmazdımı!?!... Bəli əminliklə demək olar ki, Ən böyük günah Bizim "başbilənləri iz"dədir!. Bizimkilər əhalini Z. Xanlarovanın "Qardaş olub hayıstan Azərbaycan! " mahnısının və bu kimi "beynəlmiləl" cəfəngiyatların sədaları altında "yatızdıran" zamanlarda, Keçmiş SSRİ Dövlətinin o zamanlar "Eşşək kimi işləmək" mükafatı rəmzi olan "Keçici Bayraq"ları ilbəil sıraladıqları illərdə, Ermənistan SSR isə öz ermənilərini mərhələlərlə DQMV məskunlaşdırmaqla məşqul idi. Bəli məhz bu "beynəlmiləlçilik" tərbiyəsinin və "Komunist eşqi" təbliğatlarının acı nəticələri 1987-ci ildən başlayaraq Azərbaycan torpaqlarının bəlasına çevrildi.... Bu kimi reyal, acınacaqlı səbəblər yüzlərlə olub....
Nə isə qayıdaq mövzuya ; Dağlıq Qarabağ münaqişəsinin başlanması tarixi 20 fevral 1988-ci ildən başlanır. 1805-ci ildə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildikdənsonra ilk dəfə 1823-cü ildə əhalinin siyahıya alınması zamanı "DQ" ərazisində yaşayan 18.563 ailədən yalnız 1559 ailə erməni ailəsi olub. TÜRKMƏNÇAY MÜQAVİLƏSİ (10 fevral 1828-ci ildə Təbriz yaxınlığında Türkmənçay kəndində Qacarlar dövləti ilə Rusiya arasında Abbas Mirzə və İvan Paskeviç tərəfindən imzalanıb. Bu müqaviləyə əsasən İrəvan, Naxçıvan və Talış xanlığının bir hissəsi Rusiya imperiyasına birləşdirildi. Məhz bu müqaviləni əsasında yalnız 1828/30 illərdə Osmaniyyədən(Türkiyə) 84 min dənə və Qacarlardan(İran) 40 min dənə erməni köçürülərək İravan və Yelizavetopol(Gəncə) xanlıqlarında Ağdərə rayonunun ərazisində, məskunlaşdırıldı. 1905-ci ildə yalnız fevral ayı ərzində Naxçıvanda, Bakıda, Zəngəzurda, Qarabağda, Gəncədə, Şamaxıda erməni terrorçuları 50 min nəfər azərbaycanlını öldürmüşlər. 26 DEKABIR 1905-ci ildə Ağdərə rayonunun Umudlu kəndinin 500 nəfər sakini öldürülmüşdür.Yalnız bir gün ərzində 17 mart 1918-ci ildə Urmiya şəhərində 10 min nəfər dən çox azərbaycanlını ermənilər qətlə yetirmişlər. İrəvan quberniyasında 1918-ci ildə 199 Azərbaycan kəndi yandırılmış, 135 min sakin öz ev-eşiklərindən qovulmuşdur. 18 mart 1918-ci ildə Şamaxı qəzasının 53 kəndində 8027 nəfəri qətlə yetiriblər. Tarixə mart soyqırımı kimi düşən talanlarda1918-ci ilin mart aprel ayında Bakıda 18 min nəfər azərbaycanlı öldürülmüşdür. 1918-ci ilin yay və payızında Zəngəzur qəzasında 7729 nəfər azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir.
29 May 1918-ci ildə Azərbaycanın Milli Şurası İrəvan Ermənistana verildi. 01 DEKABIR 1920-ci ildə Zəngəzur mahalının yarıdan çöxu ermənilərə verildi. 18 fevral 1929-cu ildə NMR - nın 657 kv. km. ərazisi və Qazax rayonunun 4400 hektar meşə sahəsi, Zəngəzur rayonunun Nüvədi kəndi Ermənistana verildi. 1930-cu ildə NMR-nın Əldərə, Lehvaz, Astazur yaşayış məntəqələri Mehri rayonu yaradılaraq onun ərazisinə verilir. 1938-ci ildə NMR -nın Sədərək və Kərki kəndlərinin çox hissəsi Ermənistana verilir. 1947/53-cü illərdə Ermənistandan 150 min nəfərdən çox azərbaycanlı Azərbaycana köçürülür. 1969-cu ildə Laçın rayonunun Qaragöl ərazisinin, Kəlbəcərin Zod qızıl yatağı ərazisi, Qubadlı ın Çayzəmi ərazisi, Qazaxın Kəmərli ərazisi Ermənistana verilir. 1982-ci ildə Qazaxın İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qayınaqlı kəndləri ərazilərinin bir hissəsi, 1986-cı ildə Qazaxın 2500 hektar ərazisi Ermənistana verilmişdir. 1987-ci ildə akademik Abel Adambekiyanın təklifi ilə Parisdə erməni ümummilli konqresində "DQ" - ın Ermənistana birləşdirilməsi barəsində qərar verilir və 1987-ci ilin oktyabr ayında İrəvanda Levon Ter-Petrosyan və İqor Muradyanın rəhbərliyi altında "Qarabağ komitəsi" ilk mitinqini keçirir. 13 fevral 1988-ci ildə Xankəndində Vilayət Partiya Komitəsinin qarşısında "Krunk" terror təşkilatının sədri Arkadi Manuçarovun rəhbərliyi ilə 400 nəfərə yaxın adamın iştirakı ilə ilk mitinq olub. 19 fevral 1988-ci ildə həm Bakıda "Qarabağ bizimdir!" şüarı ilə və həm də İrəvanda "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda yalnız ermənilər yaşamalıdır" şüarları ilə yüyürüşlər baş vermişdir. və s. və s. Onlarla hər iki tərəfin mitinqləri baş tutur. Və nahayyət 15 iyun 1988-ci ildə Ermənistan Ali Soveti "DQ" Ermənistana birləşdirmək qərarını qəbul edir. 28 dekabır 1988-ci ildə Ermənistandan 250 min nəfərdən çox azərbaycanlının departasiya edilməsi tam başa çatdırılır.12 yanvar 1989-cu ildə SSRİ Ali Soveti "DQ" ərazisində Xüsusi İdarə Komitəsi yaradır. Bu komitəyə 5 rus, 1 azərbaycanlı, 2 erməni daxil olmaqla Arkadi Volski rəhbər təyin edilir. Beləliklə artıq Ermənistan və Azərbaycan "DQ" müqayisəsi qaçılmaz olur...
... Rəsmi məlumatlarda Qarabağ müqayisəsi illərində Girov götürülənlərin, əsir və itkin düşmüşlərin ümumi sayının 2007-ci il məlumatında 4354 nəfər olduğu bildirilir ki, bunlardan 3504 nəfəri hərbiçi, 841 nəfəri mülkü şəxslər, 9 nəfərin isə mülkü və ya hərbiçi olması aydın edilməsi mümkün olmayandır. Mülkü şəxslərdən 47 nəfəri uşaq, 268 nəfər qadın, 371 nəfər qocadır....25 fevraldan 26-na keçən gecə 1992-ci ildə baş vermiş Xocalı soyqırımından artıq 28 il ötür. SSRİ Dövlətinin Xankəndi yaxınlığında yerləşən 366 saylı motoatıcı hərbi hissəsinin köməkliyi ilə erməni terrorçularının törətdiyi bu terror nəticəsində, 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca olmaqla, ümumilikdə 613 nəfər həlak olmuşdur, 487 nəfər yaralanmışdır, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Onuda qeyd edim ki, Xocalı faciyyəsinin bünövrəsi 30 oktyabr 1991-ci ildən, Xocalı ilə avtomobil əlaqəsinin tam kəsilməsi və əlaqələrin yalnız vertalyotlarla aparılması ilə, Xocalının tam blokadası ilə başlanıb. 02 yanvar 1992-ci ildən Xocalıya elektrik enerjisinin verilməsi də dayandırılmışdır....12 fevral 1992-ci ildə Şuşa rayonunun Quşçular və Mallbəyli kəndləri dağıdılmış tək Malibəylidə 50 nəfər azərbaycanlı öldürülmüşdür. Xocalı faciəsinindən 2 gün sonra Azərbaycanın 2 vertolyotu hadisə yerinə uça bilsələr də 4 meyit götürmə imkanları olub, yalnız martın 1-də yerli və xarici jurnalistlər hadisənin bütün dəyişətlərinin videolaşdırılmasına və sənədləşdirilməsinə imkan tapmışlar......
Gördüyümüz kimi 1800-cü ildən 1990-cı illərə 190 il, əzində ermənilər tərəfindən 500 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Bəli ermənilərin bütün dünyaya yaydığı "erməni soyqırımı" fantaziyalarla qurulsada artıq əksər dünya ölkələrinə qəbul etdirməkdədirlər. Ancaq Azərbaycanlıların 190 ildən çox müddət mərhələlərlə davam edən və sənədləşdirilmiş soyqırımları isə dünyada heç kimə "lazım deyil". Nəyinki azərbaycanlıların soyqırımı məsələsində dünyanın laqeyitliyi hətda Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, qeyri şərtsiz bu işğala son qoyulması çağırışlarına BMT qəbul etdiyi 4 Qətnaməyə ; 1) .BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü ildə qəbul etdiyi 822 saylı qətnamə, 2) .BMT TŞ 29 İyul 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamə, 3) .BMT.TŞ.14 oktyabr 1993-cü ildə qəbul etdiyi 874 saylı qətnamə, 4) .12 noyabr 1993-cü ildə qəbul etdiyi 884 saylı 884 saylı qətnamə, Ermənistan məhəl qoymur və dünya bu ədalətsizliyə "KOR-KAR" yanaşmasındadır. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT TŞ-nın dörd qərarı, BMT TŞ-nın Sədrinin yeddi bəyanatı(12 May 1992,26 avqust 1992,27 oktyabr 1992,29 yanvar 1993,06 aprel 1993,18 avqust 1993,26 aprel 1995-ci illərdə), ATƏT - in qəbul etdiyi Yeddi sənəd, Avropa Birliyinin qəbul etdiyi Yeddi sənəd, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qəbul etdiyi Onbir sənəd, İslam Konfransı Təşkilatının qəbul etdiyi Onaltı qətnamə və s. bu kimi Beynəlxalq qurumların qəbul etdiyi heç bir sənəd Ermənistan üçün "qoz" yerində də hesab edilməsinə Müasir Dünya "KOR-KAR" Siyasi yanaşmada davam edir. !!! ......... ""
- (İBO)-


01:59 26.02.2020
Xəbər lenti
Bütün xəbərlər