KANAL24.AZ
Az Iw En Ru

Nazir: Manatın devalvasiyası İslam Həmrəylik Oyunları və Formula 1 yarışının büdcəsinə heç bir təsir göstərməyib

Manatın devalvasiyası Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının və 2016-cı ildə keçiriləcək Formula 1 yarışının büdcəsinə heç bir təsir göstərməyib.

Kanal24-ün məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hər iki yarışın büdcəsi artıq təsdiq olunub, yarışların büdcəsi əvvəldən dollarla hesablanıb, büdcədə hər hansı dəyişiklik gözlənilmir. A.Rəhimov əlavə edib ki, hər iki yarışın idmançıları yarışlarda öz hesablarına iştirak edəcəklər.


22:21 22.12.2015
Xəbər lenti
Bütün xəbərlər