KANAL24.AZ
Az Iw En Ru

Elmar Məmmədyarov görüş keçirdi

“Qarşılıqlı biznes forumların keçirilməsi zəruridir”.

Azərbayca Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Əsəd Jose Jater Penanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Görüşdə Azərbaycan və Kolumbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyi vurğulanıb. 

Əsəd Jose Jater Pena diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə Əsəd Jose Jater Penaya təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.


01:26 18.12.2015
Xəbər lenti
Bütün xəbərlər