KANAL24.AZ
Az Iw En Ru

ABŞ şəhərinə zəhərli qurbağalar hücum çəkdi - VİDEO

ABŞ-ın Florida ştatının Palm-Biç-Qardens şəhərinə zəhərli qurbağalar kütləvi axın edib.

Quyruqsuzlar piyada və maşın yollarına, həyətlərə, çimərlik hovuzlarına doluşur, ev heyvanlarına ciddi təhlükə yaradır. Yerli mütəxəssislər minlərlə qurbağanın üzə çıxmasını fevralda havanın anomal isti keçməsi ilə əlaqələndirir. 

“Qış həmişəkindən isti keçib, sonra 2-3 həftə leysan yağışlar yağıb. Nəticədə “Aq” qurbağalarının cütləşmə sikli başlayıb”, - deyə ziyanvericilərlə mübarizə aparan “Toad Busters” şirkətinin rəsmisi Mark Holledey bildirib.

Yaxın günlərdə qurbağa sayının daha da artacağı gözlənilir.

 
Embedded video
Embedded video
 

 

 

22:44 28.03.2019
Xəbər lenti
Bütün xəbərlər