KANAL24.AZ
Az Iw En Ru

“Diqlas”da obyekti yanan sahibkar: "Millət vəkilləri bizimlə maraqlanmır"

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanan “Diqlas” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Kanal24 xəbər verir ki, görüşdə qadın sahibkarlar millət vəkillərini onların taleyinə biganə yanaşmaqda ittiham edib.Sahibkarlar bildirib ki, millət vəkilləri onlarla maraqlanmır.

Qeyd edək ki, ərazi üzrə 25 saylı Nizami ikinci seçki dairəsində Milli Məclisin deputatı SOCAR prezidenti Rövnəq Abdullayevin xalası qızı Sədaqət Vəliyevadır.

 

 

 

02:46 28.03.2019
Xəbər lenti
Bütün xəbərlər