KANAL24.AZ
Az Iw En Ru

Bakıda mühafizə polisinin maşını qəzaya düşdü - VİDEO

Bakının Binəqədi rayonunda Daxili İşlər Nazirliyinin Mühafizə polisinin avtomobili qəzaya uğrayıb.

Kanal24 Baku.ws-ə istinadən xəbər verir ki, hadisə 6-cı mikrorayon, Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, mühafizə polisinə məxsus “Chevrolet Aveo” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Qəzaya avtomobil hərəkətdə olarkən qəflətən qarşısına piyada çıxması səbəb olub.

Sürücünün qarşısına piyada çıxıb, piyadanı vurmamaq üçün yoldan çıxıb və qarşısındakı maneəyə dəyərək dayanıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

 

 

23:23 27.03.2019
Xəbər lenti
Bütün xəbərlər