KANAL24.AZ
Az Iw En Ru

Sumqayıt kimyaçılarının növbəti iməciliyində ağaclar əkilib

“Azərikimya” İstehsalat Birliyinin ərazisində növbəti şənbə iməciliyi - ağacəkmə aksiyası keçirilib. İməcilikdə kimyaçılarla yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin və Ekologiya İdarəsinin əməkdaşları da iştirak ediblər.

İməcilikdə etilen-polietilen zavodunun sahəsində yaşıllıq zonası üçün ayrılmış və bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazisində şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, gilanar, badam və digər ağac və kol növləri əkilib. İməcilik zamanı etilen-polietilen zavodunun istehsalat ərazilərində ümumilikdə bir hektardan çox sahə alaq otlarından təmizlənib. Əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənib və ərazidə təmizlik-abadlıq işləri aparılıb.


16:14 30.11.2015
Xəbər lenti
Bütün xəbərlər