KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə faciəvi qəza - 22 nəfər öldü, 13 nəfər yaralandı - FOTOLAR + VİDEO - YENİLƏNİB

Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölən və yaralıların sayı artıb.

Belə ki, qəza nəticəsində 1-i hamilə qadın, 2-si körpə, 2-si azyaşlı uşaq olmaqla 22 nəfər dünyasını dəyişib, 13 nəfər yaralanıb.
Həmçinin iddia edilir ki, hadisə yerində əyləc izi olmayıb və sürücü yatıb.

* * *

Türkiyənin İzmir şəhərində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

Kanal24 “Milliyet”ə istinadən xəbər verir ki, qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerli vaxtda 08:00-da baş verib. Əraziyə təcili yardım briqadaları və polislər cəlb edilib.

Bildirilir ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 


 

01:47 15.10.2018
Xəbər lenti
Bütün xəbərlər