KANAL24.AZ
Az Iw En Ru

Həbib Meyvezeri döyüşə çağırdı - Video

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb.

Kanal24 xəbər verir ki, Nurməhəmmədov videomüraciətində qələbə əldə edəcəyinə əminliyini ifadə edib.

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələməb! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”,- deyə H. Nurməhəmmədov bildirib.

 

 


19:50 14.10.2018
Xəbər lenti
Bütün xəbərlər