KANAL24.AZ
Az Iw En Ru

Roma Papası Mərkəzi Afrika Respublikasında “Müqəddəs Qapı”nın açılışında iştirak edib

Afrikada səfərdə olan Roma Papası Fransisk Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə “Müqəddəs Qapı”nın açılışında iştirak edib.

ANSA xəbər agentliyinin məlumatına görə, xeyli sayda insanın toplaşdığı tədbirdə Roma Papası etnik, siyasi və ya dini təhlükələrin aradan qaldırılmasını arzu edərək dünyanın müxtəliflikləri arasında birlik və bərabərliyin saxlanılmasının vacibliyini vurğulayıb. O, Mərkəzi Afrikanın tarixində yeni bir mərhələnin başlanılması üçün göstərilən beynəlxalq və milli səyləri yüksək qiymətləndirib və bu bölgəyə sülh, ümid mesajları gətirdiyini bildirib.


04:04 30.11.2015
Xəbər lenti
Bütün xəbərlər