KANAL24.AZ
Az Iw En Ru

Nardaranda telefon xətləri də kəsildi

Rəsmi açıqlama.

Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil. 

Bunu “APA-Economics”ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.
 
Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: 

“Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.
 
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.


23:13 28.11.2015
Xəbər lenti
Bütün xəbərlər