KANAL24.AZ
Az Iw En Ru

Nardaranda həlak olan polislərdən biri Avropa çempionu imiş - FOTO

Tağıyevin oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu.

Nardaranda şəhid olan polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib. 

Kanal24 "Report"-a istinadən xəbər verir ki, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub. 

O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi.

Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb. 

İ.Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu. 

Allah rəhmət eləsin!

 


19:54 27.11.2015
Xəbər lenti
Bütün xəbərlər