KANAL24.AZ
Az Iw En Ru

Pakistan və Azərbaycan hərbi əməkdaşlığı müzakirə ediblər

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini, general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.


01:06 26.09.2018
Xəbər lenti
Bütün xəbərlər