KANAL24.AZ
Az Iw En Ru

Mikayıl Cabbarovun vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Vergilər naziri Mikayıl Cabbarovun ötən gün Şəmkir rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı oktyabrın 1-nə keçirilib.

 
Kanal24 bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
 
Qəbul saat 10:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) baş tutacaq. Qəbulda Gəncə şəhərinin, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilər.

17:26 25.09.2018
Xəbər lenti
Bütün xəbərlər