KANAL24.AZ
Az Iw En Ru

Novruz Məmmədov Azərbaycan xalqını TƏBRİK ETDİ

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
Baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir:
 
"Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”.

 


01:16 22.08.2018
Xəbər lenti
Bütün xəbərlər