KANAL24.AZ
Az Iw En Ru

Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13,004 mlrd. manat təşkil edib

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 52,5% artaraq 68 720-yə çatıb.

BFB-nin dövriyyəsinin 41,65%-i və yaxud 5,416 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Törəmə maliyyə alətləri bazarının həcmində illik 2,1 dəfə artım qeydə alınıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 4,1 dəfə artaraq 6,578 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 6,5 dəfə azalaraq 103 mln. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 13,8% azalaraq 405 mln. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 43,4 dəfə artaraq 503 mln. manat olub.


00:41 22.08.2018
Xəbər lenti
Bütün xəbərlər