KANAL24.AZ
Az Iw En Ru

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu

Qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərə ortaya çıxıb.

Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub. Heyvanları daşıyan maşında havalandırma yerinin nəzərdə tutulmamasından baş verib. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.

Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Öyrəndik ki, heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.

Müşahidə etdik ki, heyvanlar yük maşınından düşürdülərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi 4-ü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.


00:31 22.08.2018
Xəbər lenti
Bütün xəbərlər